İşin təsviri
- Kredit qərarlarının bankın kredit siyasətinə və risklərin idarə edilməsi çərçivəsinə uyğunluğunu təmin etmək üçün Müştəri Menecerləri, Kredit Riskinin Anderraytinqi və Risklərin İdarəedilməsi komandaları ilə əməkdaşlıq etmək;
- Müştərilərin gələcək maliyyə performansını və borc tutumunu proqnozlaşdırmaq üçün nağd pul axını (cash flow) modellərini və DCF qiymətləndirmələrini hazırlamaq;
- Müştərilərin kredit qabiliyyətini, maliyyə hesabatlarını (Balans, M&Z, Nağd pul axını), kredit tarixçələrini və sənaye trendlərini təhlil etmək, daxili risk reytinqlərini (grading) təyin etmək;
- Təyin olunmuş müştəri portfelinin maliyyə vəziyyətini, likvidlik göstəricilərini və kovenantlara əməl olunmasını davamlı izləmək;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun optimal məhsul qarışığına qərar verilməsinə dəstək olmaq;
- Bazar trendlərini, iqtisadi mühit dəyişikliklərini və qanunvericilik tələblərini izləyərək erkən xəbərdarlıq (early-warning) siqnallarını müəyyən etmək;
- Agile yanaşma ilə çalışan sənaye qruplarında (squad) aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə birgə nail olmaq;
- Kredit risk anderraytinqi və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit təkliflərini hazırlayıb Kredit Komitəsinə təqdim etmək;
- Şöbədaxili proseslərin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması üçün SQL, Power BI və AI/LLM əsaslı layihələrin hazırlanmasında və tətbiqində proaktiv iştirak etmək;
- Baş Kredit Analitikinə analitik dəstək göstərmək, məlumatların toplanmasında və ilkin hesabatların hazırlanmasında iştirak etmək;
- Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət etmək və müştərilərə verilən limitlərin vaxtında yenilənməsini təmin etmək;
- Kredit müqavilələri və digər bank məhsulları üzrə hüquqi sənədləşməni nəzərdən keçirmək, bütün fəaliyyətin KYC və Komplayns qaydalarına uyğunluğunu təmin etmək;
- Bankın maraqlarını üstün tutmaq, komplayns siyasəti və etik davranış qaydalarına riayət etmək;
- Bankın Təşkilati Risklərin İdarəedilməsi siyasətinə əməl etmək, iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib lazımi addımları atmaq.
Tələblər
- Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
- Bank, kredit təhlili və ya maliyyə sahəsində 2+ il iş təcrübəsi;
- IFRS, xüsusilə IFRS 9, maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi (Cash Flow, DCF) üzrə biliklər;
- CFA sertifikatı və ya CFA proqramında iştirak üstünlükdür;
- Azərbaycan, ingilis dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı; rus dili arzuolunandır;
- MS Excel üzrə yüksək səviyyədə bilik; SQL və Power BI üstünlükdür;
- Bank məhsulları, Azərbaycan bank sektoru və CBAR tələbləri üzrə məlumatlılıq;
- Güclü analitik düşüncə, detallara diqqət, komanda ilə işləmək və yüksək məsuliyyət hissi.