İşin təsviri
Təsvir
- Mövcud və potensial müştərilərlə gündəlik kommunikasiya və əlaqələrin qurulması;
- Müştərilərin sorğu və müraciətlərinin qəbul edilməsi, operativ şəkildə cavablandırılması;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
- Satış prosesinin ilkin mərhələlərinin həyata keçirilməsi və müştərilərin satış üzrə mütəxəssislərə yönləndirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Mövcud müştərilərlə münasibətlərin qorunması və müştəri məmnuniyyətinin təmin edilməsi;
- Müştəri məlumatlarının CRM sistemi və daxili bazalarda düzgün qeydiyyata alınması və yenilənməsi;
- Təkliflərin, kommersiya məlumatlarının və digər zəruri sənədlərin müştərilərə təqdim edilməsi;
- Müştəri şikayət və problemlərinin araşdırılması və aidiyyəti struktur bölmələrlə koordinasiya edilməsi;
- Satış və müştəri xidmətləri üzrə hesabatların hazırlanmasına dəstək göstərilməsi;
- Müştəri məlumatlarının məxfiliyinin qorunması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
- Şirkətin daxili prosedur və müştəri xidməti standartlarına riayət olunması.
Tələblər
- Ali təhsil;
- Müştəri xidməti, satış və ya əlaqəli sahələrdə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- Güclü ünsiyyət və müştəriyönümlü yanaşma;
- Aktiv dinləmə və müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmə bacarığı;
- Komandada işləmək və effektiv əməkdaşlıq etmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Stressli və intensiv iş şəraitində effektiv işləmək bacarığı;
- MS Office proqramlarından, xüsusilə Word və Excel-dən istifadə bacarığı;
- Öyrənməyə, yeniliklərə və peşəkar inkişafa açıq olmaq.