Oxşar aktiv elanlar
- Şəxsi Avtomobili ilə SürücüTitan Group · 2 gün əvvəl
- Satınalma üzrə mütəxəssisGuven Technology LLC · 2 gün əvvəl
- Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)Galeon Seafood MMC · 2 gün əvvəl
- Младший менеджер по закупкамPharmaline Group · 3 gün əvvəl
- Satınalma departamentinin rəhbəri (inşaat sahəsi)AZCD Group QSC · 3 gün əvvəl
- SürücüGEN PHARMA CAUCASUS MANUFACTURING OPERATIONS · 3 gün əvvəl
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Vendorlarla gündəlik satınalma prosesləri üzrə işgüzar kommunikasiyanın aparılması;
RFQ (Request for Quotation) sorğularının göndərilməsi və qiymət təkliflərinin toplanması;
Tenderlər üzrə qiymət müqayisə cədvəllərinin (Comparison Sheets) hazırlanması;
Materialların qiymətlərinin və bazar şərtlərinə uyğunluğunun təhlil edilməsi, zəruri hallarda BD Analytics-in bazar analitikası və müqayisəli qiymətləndirmə məlumatlarından istifadə olunması;
Tender nəticələrinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması üzrə Satınalma Menecerinə və şöbə rəhbərinə dəstək göstərilməsi;
Tikinti Departamentindən daxil olan operativ satınalma tələblərinin vaxtında icra edilməsi;
Materialların texniki uyğunluğunun və təsdiq statusunun dəqiqləşdirilməsi məqsədilə Texniki Ofisin Material Submittals komandası ilə koordinasiyanın təmin edilməsi;
Anbar məlumatları əsasında material qalıqlarının yoxlanılması və mövcud ehtiyatlar nəzərə alınmaqla sifarişlərin planlaşdırılması;
Materialların texniki təsdiq statusunun yoxlanılması və yalnız təsdiqlənmiş materiallar üzrə sifarişlərin yerləşdirilməsi;
Satınalma sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi, sənədlərin izlənəbilənliyinin və audit tələblərinə uyğunluğunun təmin edilməsi.
Tələblər
- Ali təhsil
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi
- Azərbaycan və Rus dillərini səlis bilməli
- MS Excel üzrə güclü biliklər
- RFQ və müqayisə cədvəllərinin hazırlanması üzrə təcrübə
- ERP sistemləri ilə iş təcrübəsi
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq
Üstünlük hesab olunur
- Texniki və ya iqtisadi istiqamət üzrə təhsil üstünlükdür