Satınalma üzrə kiçik mütəxəssis
- Maaş
- 500 – 600 AZN
- Şəhər
- Xırdalan
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası;
Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
Müqavilələrin, hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması və idarə edilməsi;
Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;
Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması;
Satınalma və logistika əməliyyatları üzrə məlumatların ERP sistemində qeydiyyata alınması.
İş şəraiti
İş yeri: Xırdalan;
İş qrafiki: 5 günlük, 09:00–18:00;
Əmək haqqı: 500–600 AZN;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı
- Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı
- İngilis dili biliyi – yaxşı səviyyədə
- Analitik düşünmə, detallara diqqət və ünsiyyət bacarıqları
Üstünlük hesab olunur
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi arzuolunandır
Oxşar elanlar
- Sürücü (Refrijerator, Yük avtomobili) – Xırdalan şəhəriGFC MMC · Bu gün
- Anbar Nəzarətçisi – Xırdalan şəhəriGFC MMC · Bu gün
- Logistika koordinatoru166 Yükdaşıma və Logistika · 2 gün əvvəl
- SürücüMazarina Trade Company · 2 gün əvvəl
- Logistika meneceriAzza Gastronom · 3 noyabr 2026
- Tərəfdaşlarının Cəlbi üzrə MütəxəssisYollda MMC · 19 oktyabr 2026