Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
Əməkdaşların, qonaqların və ziyarətçilərin anbar ərazisinə giriş-çıxışına nəzarət etmək və qeydiyyatını aparmaq;
Əməkdaşların, qonaqların və ziyarətçilərin giriş-çıxışı zamanı nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
Giriş və çıxış zamanı şəxsi çanta, paket və digər əşyaların yoxlanılmasını həyata keçirmək;
Şübhəli hallarda şəxslərin üst geyimlərinə və ciblərinə baxış keçirmək;
Qonaqların anbar ərazisində təhlükəsiz və nizamlı şəkildə istiqamətləndirilməsini, zərurət yarandıqda isə müşayiət olunmasını təmin etmək;
Anbar ərazisində yerləşən maddi dəyərlərin qorunmasını təmin etmək və daimi nəzarətdə saxlamaq;
Gündəlik təhlükəsizlik jurnallarının qeydiyyatını aparmaq və növbə üzrə hesabatları hazırlamaq;
Anbar ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Növbə təhvil-təslim zamanı məlumatların tam və dəqiq ötürülməsini təmin etmək;
Aşkar edilmiş pozuntular, şübhəli və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
Zərurət yarandıqda kamera nəzarət sistemləri vasitəsilə ərazinin monitorinqini həyata keçirmək və şübhəli halları izləmək;
Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: Gecə növbəsi (1 gün iş, 2 gün istirahət);
İş yeri – Xırdalan şəhəri,anbar;
Əmək haqqı - 660 azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Anbar Nəzarətçisi ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Orta ixtisas və ya orta təhsilli olması
- Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi
- Səlis azərbaycan dili bilikləri
- Komandada işləmək bacarığı
- Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik
- Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı
- Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası
- Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı
Üstünlük hesab olunur
- Kamera nəzarət sistemləri üzrə ilkin bilik və ya təcrübə üstünlükdür
Oxşar elanlar
- Sürücü (Refrijerator, Yük avtomobili) – Xırdalan şəhəriGFC MMC · Bu gün
- Logistika koordinatoru166 Yükdaşıma və Logistika · 2 gün əvvəl
- SürücüMazarina Trade Company · 2 gün əvvəl
- Satınalma üzrə kiçik mütəxəssisAzeri Mining Group · 5 gün əvvəl
- Logistika meneceriAzza Gastronom · 3 noyabr 2026
- Tərəfdaşlarının Cəlbi üzrə MütəxəssisYollda MMC · 19 oktyabr 2026