Məzmuna keçin
GFC MMC yerləşdirilib

Sürücü (Refrijerator, Yük avtomobili) – Xırdalan şəhəri

Maaş
800 AZN
Şəhər
Xırdalan
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

Mal-materialları qaimələr əsasında anbardan qəbul etmək, say və çeşidini yoxlamaq, uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;

Malların avtomobilə düzgün və təhlükəsiz yüklənməsinə və daşınma zamanı zədələnməsinin qarşısının alınmasına nəzarət etmək;

Gündüz və ya gecə reysləri üzrə refrijerator nəqliyyat vasitəsi ilə malların mərkəzi anbardan restoranlara müəyyən edilmiş marşrut üzrə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək;

Dondurulmuş, soyudulmuş və quru qida məhsullarının temperatur rejiminə uyğun şəkildə təhlükəsiz daşınmasını təmin etmək;

Çatdırılma qrafikinə və marşrut planına riayət etmək, gecikmə və ya digər fövqəladə hallar baş verdikdə dərhal rəhbərliyə məlumat vermək;

Malları restoranlarda qaimələr əsasında məsul şəxslərə təhvil vermək və müşayiətedici sənədləri düzgün rəsmiləşdirmək;

Nəqliyyat vasitəsinin texniki sazlığını, təmizliyini və refrijerator avadanlığının işlək vəziyyətdə olmasını təmin etmək;

Şirkətə məxsus nəqliyyat vasitəsinin, daşınan mal-materialların və digər əmlakın qorunmasına məsuliyyətlə yanaşmaq;

Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və şirkətin daxili intizam qaydalarına riayət etmək;

Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

6 günlük iş rejimi;

Anbar –Xırdalan şəhəri;

Əməkhaqqı - 800 Azn, 3 ay sonra artım.

Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Sürücü (Refrijerator, Yük avtomobili) ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Müvafiq vəzifədə 5 ildən az olmayaraq iş təcrübəsi
  • Refrijerator və ya yük avtomobillərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi
  • BC kateqoriyalı sürücülük vəsiqəsi
  • Yol hərəkəti qaydalarını və yükdaşınma prinsiplərini yaxşı səviyyədə bilməsi
  • Şəhərdaxili marşrutları yaxşı tanımaq və təhlükəsiz sürücülük bacarıqlarına malik olmaq
  • Komandada işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli, intizamlı və operativ olmaq

Oxşar elanlar

Bütün Xırdalan vakansiyaları →