Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
Azersun yerləşdirilib

Merçendayzer

Şəhər
Bakı
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Merçendayzer vakansiyaları →

Vakansiya haqqında

Azərsun Holdinqə daxil olan Sun Food MMC komandamıza Merçendayzer axtarırıq!

Tələblər

  • Aktiv, ünsiyyətcil və operativ olmaq;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
  • Market və pərakəndə satış mühitində işləməyə uyğun olmaq;
  • Məhsulların rəfdə yerləşdirilməsi və satış nöqtələrinə nəzarət üzrə anlayışa malik olmaq;
  • Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür.

Vəzifə öhdəlikləri

  • Təyin olunmuş ərazi üzrə fəaliyyət göstərən marketlərə mütəmadi nəzarət etmək;
  • Tabeçiliyində olan marketlərdə şirkət məhsullarının rəflərdə davamlı və düzgün şəkildə mövcudluğunu təmin etmək;
  • Şirkətin tətbiq etdiyi “ÇEK LİST” kriteriyalarının icrasını təmin etmək;
  • İstifadə müddətinin başa çatmasına yaxınlaşan məhsulları müəyyən etmək, onların satışı ilə bağlı vaxtında məlumat vermək və zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Məhsulların rəf payını və yerləşdirilməsini mütəmadi yoxlamaq, aşkar olunan çatışmazlıqları aradan qaldırmaq;
  • Günlük və operativ satış imkanlarını müəyyən etmək və əlavə satış üçün uyğun yerlərin seçilməsini təmin etmək;
  • Satış nöqtələrində məhsulların mövcudluğu, yerləşdirilməsi və satış imkanları ilə bağlı müşahidələri aidiyyəti rəhbərə vaxtında təqdim etmək.

İş şərtləri:

  • İş qrafiki: Həftə içi 5 gün
  • Nahar şirkət tərəfindən təmin olunur;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Merçendayzer” qeyd etməyiniz xahiş olunur.