Maliyyə idarəetməsi və mühasibat uçotu şöbəsinin Şöbə müdiri
- Şəhər
- Bakı
Vakansiya haqqında
Struktur bölmə: Maliyyə idarəetməsi və mühasibat uçotu şöbəsi
Tabeçilik: Direktor
Tabeliyində olan vəzifələr:
Aparıcı mühasib
Maliyyə mütəxəssisi
Mühasib köməkçisi
İşin təsviri:
Maliyyə nəticələrinin aylıq təhlilini aparmaq, gəlir, xərc, mənfəət, marja və digər əsas maliyyə göstəriciləri üzrə rəhbərlik üçün idarəetmə hesabatları hazırlamaq.
Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq.
Maliyyə nəzarəti və daxili kontrol mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək.
Maliyyə əməliyyatlarının qanunvericiliyə, şirkətin daxili siyasət və prosedurlarına uyğunluğuna nəzarət etmək.
Xərc strukturunu və əməliyyat xərclərini təhlil etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq.
İnvestisiya, xərc, əməkhaqqı və digər biznes qərarlarının maliyyə təsirini qiymətləndirmək və rəhbərliyə müvafiq tövsiyələr təqdim etmək.
Daxili və xarici audit proseslərini koordinasiya etmək, tələb olunan maliyyə məlumatlarının hazırlanmasını və audit nəticələri üzrə tədbirlərin icrasını təmin etmək.
Maliyyə siyasətləri, prosedurları və uçot prinsiplərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək.
Əməkhaqqı, bonus və digər kompensasiya ödənişlərinin maliyyə planlamasını və büdcəyə təsirinin təhlilini təmin etmək.
Maliyyə məlumatlarının düzgünlüyünü, məxfiliyini və vaxtında təqdim edilməsini təmin etmək.
Şöbənin əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və nəticələrə nəzarət etmək.
Maliyyə və mühasibat uçotu proseslərinin davamlı təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təşəbbüslər irəli sürmək.
Aylıq, rüblük və illik maliyyə hesabatlarının, MHBS (IFRS) üzrə illik hesabatların və digər tələb olunan hesabatların hazırlanmasına və təqdim edilməsinə rəhbərlik etmək.
İllik büdcə planının hazırlanmasını, aylıq büdcə-fakt təhlilinin aparılmasını və maliyyə proqnozlarının icrasını təmin etmək.
Vergi öhdəliklərinin, o cümlədən mənfəət vergisi, ƏDV, sosial sığorta və digər ödənişlərin düzgün hesablanmasına və bəyannamələrin vaxtında təqdim edilməsinə nəzarət etmək.
Pul vəsaitlərinin hərəkətinin (Cash Flow), debitor və kreditor borclarının, habelə ödəniş qrafiklərinin idarə edilməsini təmin etmək.
Gündəlik mühasibat əməliyyatlarının düzgünlüyünə, tamlığına və vaxtında uçota alınmasına nəzarət etmək.
Kassa və bank əməliyyatlarının uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun təşkilini təmin etmək.
Dərəcə (Grade) və KPI (Əsas Fəaliyyət Göstəriciləri) maliyyə aspektlərinin dəstəklənməsi, əməkhaqqı büdcəsinə təsirin qiymətləndirilməsi və bonus fondunun maliyyə nəticələri əsasında hesablanmasını təmin etmək.
1C əməliyyatlarının optimallaşdırılması və aylıq bağlanış prosesinin vaxtında və düzgün icrasına nəzarət etmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- PMS sertifikatı olması zəruridir
- Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan dili — səlis
- MS Office, 1C və Bitrix24 proqramları üzrə yaxşı istifadə bacarığı
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə güclü biliklər
- MHBS (IFRS), vergi və mühasibat uçotu üzrə biliklər
- Analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarığı
- Güclü liderlik, komanda idarəetməsi və peşəkar ünsiyyət bacarıqları
- Yüksək məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq
Üstünlük hesab olunur
- Magistratura təhsili arzuolunandır
- ACCA, CIMA, CPA və ya CFA, sertifikasiyası — tam və ya qismən, DipIFR daxil olmaqla — arzuolunandır
- Rus və ingilis dilləri — üstünlükdür
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Metodologiya şöbəsinin analitikiİcbari Sığorta Bürosu · Bu gün
- Həyat Sığortası satışları üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl