Məzmuna keçin
Baku Hotel Company yerləşdirilib

Texniki işçi (gecə növbəsi)

Maaş
600 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İşəgötürən: "Baku Hotel Company" QSC

Struktur bölmə: İdman şöbəsi/Əməliyyat bölməsi

İş haqda məlumat:

İş rejimi: Gecə növbəsi, həftədə 5 iş günü;

İstirahət günləri: Həftədə 2 gün, dəyişkən qrafik əsasında;

İş saatları: 22:00–07:00

Əmək haqqı: 600 AZN (net) + gecə növbəsinə görə əlavə ödəniş.

Qidalanma: Şirkət tərəfindən təmin edilir;

Tibbi sığorta: Könüllü tibbi sığorta ilə təminat;

Vəzifə öhdəlikləri:

"Gecə növbəsi ərzində klubun ümumi istifadə sahələrinin təmizliyini və səliqəsini təmin etmək;

Klubun zal, dəhliz, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və digər ümumi istifadə sahələrində gündəlik təmizlik işlərini həyata keçirmək;

Təmizlik avadanlıqlarından və kimyəvi təmizləyici vasitələrdən təyinatına və istifadə qaydalarına uyğun istifadə etmək;

Tullantıların toplanmasını, çeşidlənməsini və müəyyən edilmiş qaydada kənarlaşdırılmasını təmin etmək;

Təmizlik işləri zamanı sanitariya-gigiyena və əməyin mühafizəsi qaydalarına riayət etmək;

Təmizlik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;

Klubun bütün müvafiq sahələrini növbəti iş gününə təmiz, səliqəli və istifadəyə hazır vəziyyətə gətirmək;

Birbaşa rəhbərin təmizlik və sanitariya ilə bağlı digər tapşırıqlarını yerinə yetirmək.

Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "İdman şöbəsi/Əməliyyat bölməsi" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Dil bilikləri: Azərbaycan dili
  • Təmizlik avadanlıqları və vasitələrindən düzgün istifadə qaydalarını bilmək
  • Təmizlik məhsullarını tanımaq və onların təyinatına uyğun tətbiqini bilmək
  • Sanitariya-gigiyena və təhlükəsizlik qaydaları haqqında ilkin biliklərə malik olmaq
  • Məsuliyyətli, intizamlı, səliqəli və komandada işləmək bacarığına malik olmaq
  • Gecə növbəsində işləməyə hazır olmaq

Üstünlük hesab olunur

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →