Vakansiya haqqında
İş haqqında məlumat:
Struktur bölmə: İdman şöbəsi/Satış və müştəri xidmətləri bölməsi
İş yeri – Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes və SPA
Ünvan – Bayıl qəsəsbəsi, Qurban Abbasov küçəsi 5
İş rejimi: 5 gün, Dəyişən qrafik üzrə (həftədə 2 istirahət günü ilə)
Əmək haqqı: 600 AZN (net)
Könüllü tibbi sığorta (sınaq müddətindən sonra)
Vəzifə öhdəlikləri:
İdman mərkəzinə gələn üzvlərin və qonaqların qarşılanması və qeydiyyatının aparılması;
İdman mərkəzinin xidmətləri, üzvlük paketləri və fəaliyyət qaydaları haqqında məlumatın təqdim edilməsi;
Potensial müştərilərin müraciətlərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
Daxil olan telefon zənglərinin və sorğuların cavablandırılması;
Üzvlük məlumatlarının müvafiq qeydiyyat sistemində düzgün və vaxtında yenilənməsi;
Mərkəzin xidmətləri və məşq proqramları haqqında üzvlərin məlumatlandırılması;
Müştəri müraciətlərinin və şikayətlərinin qəbul edilərək müvafiq şəxslərə yönləndirilməsi;
Qeydiyyat zonasının səliqəli və təqdimata uyğun vəziyyətdə saxlanılması;
Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət edilməsi;
Birbaşa rəhbərin vəzifəyə uyğun digər tapşırıqlarının yerinə yetirilməsi.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.*
Tələblər
- Ali təhsil
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə ünsiyyət bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
- 1C proqramı üzrə biliklərin olması
- Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları
- Gülərüz, məsuliyyətli və komandada işləmək bacarığı
Üstünlük hesab olunur
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
Oxşar elanlar
- QeydiyyatçıLandau Education Group · 5 gün əvvəl
- Ümumi şöbənin mütəxəssisiBaku Steel Company · 5 gün əvvəl
- ReceptionKaryeraKadr · 5 gün əvvəl
- Baş Direktorun ReferentiCONNEX · 5 gün əvvəl
- Reservoir Development department AssistantUmid Babek Operating Company · 5 gün əvvəl
- Cluster Front Office ManagerTHE MERCHANT BAKU · 5 gün əvvəl