Məzmuna keçin
Baku Hotel Company yerləşdirilib

Təmizlik işçisi

Maaş
600 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş haqda məlumat:

Struktur bölmə: İdman şöbəsi/Əməliyyat bölməsi

İş yeri: Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes və SPA

Ünvan: Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 5

İş rejimi: Həftədə 5 gün, növbəli iş qrafiki (2 istirahət günü)

Əmək haqqı: 600 Azn (net);

Könüllü tibbi sığorta: Təmin edilir

Vəzifə öhdəlikləri:

İdman mərkəzinin soyunub-geyinmə otaqlarının mütəmadi təmizlənməsi və səliqəli saxlanılması;

Duş kabinələrinin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyinin təmin edilməsi;

İdman və məşq zallarının, dəhlizlərin və digər ümumi sahələrin təmiz saxlanılması;

Tez-tez təmas edilən səthlərin gigiyenik qaydalara uyğun təmizlənməsi və dezinfeksiya edilməsi;

Təmizlik vasitələrindən və kimyəvi məhsullardan təlimatlara uyğun və təhlükəsiz istifadə edilməsi;

Tullantıların vaxtında toplanması və müvafiq qaydada kənarlaşdırılması;

Gigiyenik sərfiyyat materiallarının mövcudluğuna nəzarət edilməsi və ehtiyac olduqda tamamlanması;

Təmizlik avadanlıqlarının düzgün istifadə edilməsi və saxlanılması;

Aşkar edilmiş texniki nasazlıqlar və çatışmazlıqlar barədə birbaşa rəhbərə məlumat verilməsi;

Sanitariya, əmək mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;

Birbaşa rəhbərin vəzifəyə uyğun digər tapşırıqlarının yerinə yetirilməsi.

Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Təmizlik işçisi" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Müvafiq sahədə 6 ay – 1 il iş təcrübəsi
  • Təmizlik vasitələri və avadanlıqları ilə işləmə bacarığı
  • Təmizlik məhsulları və onların düzgün tətbiqi haqqında biliklər
  • Sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq
  • Azərbaycan dili biliyi
  • Məsuliyyətli, diqqətli və səliqəli olmaq
  • Komandada işləmək bacarığı

Üstünlük hesab olunur

  • Rus dili biliyi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →