Məzmuna keçin
Azərbaycan Hava Yolları (AZAL) yerləşdirilib

Mühafizə Xidməti/ Mühafizə üzrə inspektor

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Hava gəmilərinin və mühafizə olunan ərazilərin təhlükəsizliyini təmin etmək, müəyyən edilmiş marşrutlar üzrə patrul xidməti həyata keçirmək;

Hava gəmilərinə giriş-çıxışa nəzarət etmək, personalın və ekipaj üzvlərinin buraxılış sənədlərini yoxlamaq;

Aşkar edilmiş pozuntular, şübhəli şəxslər və hallar barədə dərhal növbə rəisinə məlumat vermək;

Hava gəmilərinin uçuşa hazırlıq prosesində iştirak etmək və müəyyən edilmiş təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;

Postun təhvil-təslimi zamanı mühafizə olunan ərazinin və avadanlıqların vəziyyətini yoxlamaq, aşkar edilmiş çatışmazlıqlar barədə müvafiq tədbirlər görmək;

Xidmət sənədlərini müəyyən edilmiş qaydada aparmaq və post xidmətinin rejiminə riayət etmək;

Fövqəladə hallar zamanı ilkin təhlükəsizlik tədbirlərini həyata keçirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;

Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına riayət etmək.

Əlavə iş şərtləri :

İş rejimi: Növbəli;

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;

Geyim üslubu: Xüsusi geyim forması.

Tələblər

  • Orta təhsil
  • Dil bilikləri: Azərbaycan dili (əla) , ingilis dili (orta)
  • Məhkumluq və zərərli vərdişlərin olmaması
  • Məsuliyyətli, detallara qarşı diqqətli, çalışqan
  • Yüksək ünsiyyət və danışıq qabiliyyəti
  • Komandada işləmək bacarığı

Üstünlük hesab olunur

  • Əlavə xarici dil biliyi üstünlük hesab edilir

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →