İT İnfrastruktur Arxitektoru / İnformasiya Texnologiyaları İdarəsi
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
AZAL-ın mövcud İT infrastrukturunun təhlilini aparmaq, çatışmazlıqları, texniki borcları, riskləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
Biznes strategiyası və əməliyyat tələblərinə uyğun hədəf İT infrastruktur arxitekturasını hazırlamaq;
Data Center, Disaster Recovery, High Availability və Business Continuity arxitekturasını layihələndirmək və inkişaf etdirmək;
On-premises, cloud və hybrid cloud mühitlərinin arxitekturasını formalaşdırmaq;
Server, storage, virtualization, backup, network, identity və security komponentləri üzrə texniki həllər hazırlamaq;
Kritik sistemlər üçün dayanıqlılıq, miqyaslana bilmə, performans və fault-tolerance tələblərini müəyyən etmək;
Yeni İT layihələri üzrə arxitektura tələblərini hazırlamaq və təqdim edilən texniki həlləri qiymətləndirmək;
İnfrastruktur layihələri üçün High-Level Design, Low Level Design, texniki spesifikasiya, diaqram və digər arxitektura sənədlərini hazırlamaq;
Mövcud sistemlərin modernləşdirilməsi, konsolidasiyası, miqrasiyası və optimallaşdırılması üzrə yol xəritəsi hazırlamaq;
İnfrastrukturun standartlaşdırılması və texnoloji platformaların konsolidasiyası üzrə təkliflər vermək;
Avadanlıq və proqram təminatının həyat dövrünü, tutum ehtiyaclarını və gələcək inkişaf proqnozlarını müəyyən etmək;
Capacity Planning və Performance Management proseslərinin formalaşdırılmasında iştirak etmək;
İnfrastruktur üzrə texnoloji standartlar, prinsiplər və arxitektura qaydaları hazırlamaq;
İnformasiya təhlükəsizliyi komandası ilə birlikdə təhlükəsiz və davamlı arxitektura yanaşmalarının tətbiqini təmin etmək;
Monitorinq, loqlaşdırma, avtomatlaşdırma və observability həllərinin arxitekturasının inkişaf etdirilməsində iştirak etmək;
Tender və satınalma prosesləri üçün texniki tələblərin hazırlanmasında və vendor təkliflərinin qiymətləndirilməsində iştirak etmək;
Təklif edilən həllər üzrə texniki və kommersiya müqayisələri aparmaq, optimal seçimlə bağlı əsaslandırılmış rəy təqdim etmək;
Vendorların və inteqratorların təqdim etdiyi dizayn və həllərin AZAL standartlarına uyğunluğunu yoxlamaq;
Layihələrin icrası zamanı texniki komandalar, biznes bölmələri, təhlükəsizlik komandası və xarici tərəfdaşlar arasında arxitektura koordinasiyasını təmin etmək;
İnfrastrukturla bağlı dəyişikliklərin texniki təsirini və risklərini qiymətləndirmək;
Kritik insidentlərin səbəblərinin araşdırılmasında iştirak etmək və təkrarlanmanın qarşısını alan arxitektura həlləri hazırlamaq;
İT infrastrukturu üzrə büdcə planlaşdırılmasına, texnoloji investisiyaların prioritetləşdirilməsinə və xərclərin optimallaşdırılmasına dəstək vermək;Mövcud infrastruktura dair sənədlərin, sxemlərin, inventar və konfiqurasiya məlumatlarının aktual saxlanılmasını təmin etmək;
Texniki komandalar üçün arxitektura üzrə ekspert dəstəyi və istiqamətləndirmə təqdim etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr)
- Müvafiq vəzifə üzrə minimum 7 il iş təcrübəsi
- Fiziki və virtual server infrastrukturları üzrə dərin biliklər
- VMware, Hyper-V və ya digər virtuallaşdırma platformaları üzrə təcrübə
- Storage, SAN, NAS və ehtiyat nüsxələmə texnologiyaları üzrə biliklər
- Microsoft Windows Server və Linux infrastrukturları üzrə biliklər
- Active Directory, DNS, DHCP, Group Policy və Identity Management həlləri üzrə təcrübə
- LAN, WAN, routing, switching, load balancing, firewall və network segmentation prinsipləri üzrə anlayış
- Microsoft Azure və ya digər cloud platformaları üzrə təcrübə
- Hybrid cloud arxitekturası və workload migration yanaşmaları üzrə biliklər
- Backup, replication, disaster recovery və business continuity prinsipləri üzrə dərin biliklər
- İnfrastruktur təhlükəsizliyi, Zero Trust, hardening və access control prinsipləri üzrə anlayış
- Database infrastrukturu və arxitekturası, yüksək əlçatanlıq, replikasiya, backup, performans və Disaster Recovery prinsipləri üzrə biliklər
- DevOps, CI/CD, Infrastructure as Code (IaC), containerization, orchestration və infrastrukturun avtomatlaşdırılması prinsipləri üzrə biliklər
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · 3 gün əvvəl
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · 3 gün əvvəl
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · 3 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə mütəxəssisAzza Gastronom · 3 gün əvvəl
- Project HSE CoordinatorIRES · 3 gün əvvəl
- AI Engineer (Mid / Senior)Proxima Tech · 3 gün əvvəl