Data Elmləri üzrə Mütəxəssis (Data Scientist)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Biznes problemlərinin həlli məqsədilə müxtəlif məlumat mənbələrindən məlumatların toplanması, təhlili və modelləşdirilməsini həyata keçirmək;
Məlumatlar üzərində statistik təhlil və Exploratory Data Analysis (EDA) aparmaq, əsas tendensiyaları, əlaqələri və qanunauyğunluqları müəyyən etmək;
Proqnozlaşdırıcı və təsnifat modelləri daxil olmaqla, Machine Learning modellərini hazırlamaq, öyrətmək və optimallaşdırmaq;
Modellərin qurulması üçün məlumatları hazırlamaq, təmizləmək, transformasiya etmək və yeni xüsusiyyətlər (Features) yaratmaq;
Müxtəlif modelləri və alqoritmləri qiymətləndirmək, uyğun metodologiyanı seçmək və modellərin dəqiqliyini müvafiq metrikalar əsasında ölçmək;
Hazırlanmış modellərin nəticələrini biznes məqsədləri və tələbləri baxımından təhlil etmək, nəticələri maraqlı tərəflərə aydın şəkildə təqdim etmək;
Model nəticələrini interpretasiya etmək, əsas nəticə və təsiredici faktorları müəyyənləşdirmək;
Data Science həllərinin Production mühitinə inteqrasiyası və tətbiqi prosesində Data Engineering, IT və biznes komandaları ilə əməkdaşlıq etmək;
Tətbiq edilmiş modellərin performansını və nəticələrini monitorinq etmək, modelin dəqiqliyində və məlumatlarda baş verən dəyişiklikləri müəyyənləşdirmək, zəruri hallarda modellərin yenilənməsində iştirak etmək;
Data Science layihələrinin nəticələrini, istifadə olunan metodologiyaları və modelləri sənədləşdirmək;
Yeni analitik metodları, Machine Learning alqoritmlərini və texnologiyalarını araşdırmaq, onların biznes ehtiyaclarına uyğun tətbiqində iştirak etmək.
İş şəraiti:
5 günlük
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili
- Data Science, Data Analytics, Kompüter elmləri, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi
- Python proqramlaşdırma dili üzrə biliklər və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı
- SQL üzrə biliklər
- Machine Learning alqoritmləri və onların tətbiqi üzrə biliklər
- Statistik analiz və məlumatların modelləşdirilməsi üzrə biliklər
- EDA, məlumatların təmizlənməsi və transformasiyası üzrə bilik və təcrübə
- Proqnozlaşdırıcı və təsnifat modellərinin hazırlanması, qiymətləndirilməsi və optimallaşdırılması bacarığı
- MS Office proqramları ilə işləmək bacarığı
- Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Qərarvermə, ünsiyyət və təqdimat bacarıqları
- Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · 3 gün əvvəl
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · 3 gün əvvəl
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · 3 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə mütəxəssisAzza Gastronom · 3 gün əvvəl
- Project HSE CoordinatorIRES · 3 gün əvvəl
- AI Engineer (Mid / Senior)Proxima Tech · 3 gün əvvəl