Data Keyfiyyəti üzrə Analitik (Data Quality Analyst)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
İnteqrasiya edilmiş məlumatların dəqiqliyini, tamlığını, ardıcıllığını və etibarlılığını qiymətləndirmək;
Məlumatların yoxlanılması üçün test ssenariləri hazırlamaq və icra etmək;
Müxtəlif məlumat mənbələrindən daxil olan məlumatların keyfiyyətini qiymətləndirmək, uyğunsuzluqları müəyyənləşdirmək və araşdırmaq;
Məlumat keyfiyyəti qaydalarını (Data Quality Rules) hazırlamaq, tətbiq etmək və monitorinqini aparmaq;
Məlumat keyfiyyəti problemlərinin kök səbəblərini (Root Cause) araşdırmaq və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
Məlumatların təmizlənməsi, standartlaşdırılması və təkrarlanan məlumatların aşkarlanması üzrə avtomatlaşdırma həllərinin tətbiqində iştirak etmək;
Məlumat axınlarını, transformasiya mərhələlərini və inteqrasiya məntiqini anlamaq və təsdiqləmək məqsədilə IT, inteqrasiya və biznes komandaları ilə əməkdaşlıq etmək;
Məlumat keyfiyyəti üzrə prosesləri, qaydaları, test ssenarilərini və nəticələri sənədləşdirmək;
Məlumat keyfiyyətinin ölçülməsi üçün müvafiq göstəricilərin (Data Quality Metrics) müəyyən edilməsi, monitorinqi və hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili
- Məlumatların idarə edilməsi, məlumat analitikası və ya əlaqəli sahələr üzrə minimum 1 il iş təcrübəsi
- Məlumat keyfiyyəti (Data Quality) prinsipləri və məlumatların yoxlanılması prosesləri haqqında anlayış
- SQL üzrə biliklər
- Python və ETL prosesləri haqqında anlayış
- MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı
- Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək
- Analitik və tənqidi düşünmə
- Problem həll etmə bacarığı
- Detallara diqqət və dəqiqlik
- Effektiv ünsiyyət və əməkdaşlıq bacarığı
- Qərarvermə bacarığı
- Təqdimat bacarıqları
- Öyrənmə və dəyişikliklərə uyğunlaşma qabiliyyəti
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · 3 gün əvvəl
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · 3 gün əvvəl
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · 3 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə mütəxəssisAzza Gastronom · 3 gün əvvəl
- Project HSE CoordinatorIRES · 3 gün əvvəl
- AI Engineer (Mid / Senior)Proxima Tech · 3 gün əvvəl