Məzmuna keçin
Baku Steel Company yerləşdirilib

Kiçik hüquqşünas

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Müqavilə, saziş, əmr, sərəncam və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək və qanunvericiliyə uyğunluğunu ilkin qaydada yoxlamaq;

Müqavilə layihələrinin hüquqi ekspertizasını aparmaq, hüquqi riskləri təhlil etmək və müvafiq düzəlişlər təklif etmək;

Müqavilələrə dəyişiklik, əlavə, uzadılma və xitamla bağlı hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;

Korporativ, kommersiya və mülki hüquq məsələləri üzrə hüquqi araşdırmalar aparmaq, qanunvericiliyi və məhkəmə təcrübəsini təhlil etmək;

Struktur bölmələrdən daxil olan hüquqi sorğuları araşdırmaq, hüquqi rəy, arayış və izahatların hazırlanmasında iştirak etmək;

İddia ərizələri, etirazlar, tələb məktubları və digər prosessual sənədlərin hazırlanmasına dəstək göstərmək;

Müəssisədaxili normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak etmək;

Müqavilələrin və digər hüquqi sənədlərin uçotu, saxlanılması və arxivləşdirilməsini təmin etmək.

Tələblər

  • Hüquq ixtisası üzrə ali təhsil
  • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi (təcrübə proqramları və hüquqşünas köməkçisi təcrübəsi nəzərə alınır)
  • Korporativ, müqavilə, kommersiya və mülki hüquq sahələri üzrə biliklər
  • Azərbaycan Respublikasının mülki qanunvericiliyi, müqavilə öhdəlikləri və əqdlərlə bağlı hüquqi normalar üzrə biliklər
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması üzrə ilkin praktiki bacarıqlar
  • İddia-tələb işi və məhkəmə prosesləri üzrə baza biliklər
  • Hüquqi araşdırma, normativ hüquqi aktların təhlili və hüquqi rəy hazırlamaq bacarığı
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, ingilis və ya rus dili biliyi
  • MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı
  • Analitik düşünmə, detallara diqqət, rəsmi-işgüzar yazışma və sənədlərlə işləmək bacarığı
  • Korporativ etik davranış və konfidensiallıq prinsiplərinə riayət etmək

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →