Məzmuna keçin
Baku Tv yerləşdirilib

Youtube üzrə mütəxəssis (gecə növbəsi)

Şəhər
Bakı

Vakansiya haqqında

Baku TV" Youtube üzrə mütəxəssis (gecə növbəsi) vakansiyası elan edir .

Öhdəliklər:

Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi;

Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması;

Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması;

YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması;

Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;

YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili;

Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;

Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;

Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.

​​​​​​​

Tələblər

  • Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə
  • Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı
  • Azərbaycan dilində düzgün və səlis yazı bacarığı
  • Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı
  • YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər
  • Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı

Üstünlük hesab olunur

  • YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →