Məzmuna keçin
Brand Credit BOKT MMC yerləşdirilib

İnsan resursları üzrə mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

İş yeri: Bakı, Yasamal ray. İnşaatçılar pro.4a

İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00

İstirahət günləri: Şənbə və bazar

Vəzifə öhdəlikləri:

Vakansiyaları təhlil etmək, şirkətdaxili elanları hazırlamaq və yerləşdirmək

Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı və yerləşdirilməsi üzrə işin təşkili

Qanunvericiliyə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək

Məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılması

İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını və əmək kitabçalarında müvafiq qeydlərin aparılması

ƏMAS, İSB, My-gov üzərindən bütün proseslərin icrası

Daxili nizam-intizam qaydalarına nəzarət

İnsan resurslarına aid daxili sorğuların cavablandırılması

Tələblər

  • Ali təhsil
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək
  • İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
  • MS Office (Outlook, Word, Excel, PowerPoint) proqramlarında, işləmə bacarığı
  • Diqqətlilik, intizamlılıq, yüksək kommunikasiya, komanda işi
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək
  • Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli

Üstünlük hesab olunur

  • İnsan resurslarının idarə olunması üzrə ali təhsil arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →