Oxşar aktiv elanlar
- Horeca Satış meneceriCAMAL LTD · 27 oktyabr 2026
- Korporativ müştəri xidməti üzrə təcrübəçi (Bakı filialları)Bank Respublika · Dünən
- Kart əməliyyatları departamenti, Kart əməliyyatlarına dəstək şöbəsi- İnspektorRabitəbank · Dünən
- Beynəlxalq logistika üzrə satış meneceri166 Yükdaşıma və Logistika · 2 gün əvvəl
- Satış məsləhətçisiOMİD Mağazalar Şəbəkəsi · 2 gün əvvəl
- Продавец-консультантBiopet.shop · 2 gün əvvəl
Vakansiya haqqında
“CAMAL” LTD şirkəti HORECA satış istiqaməti üzrə Satış meneceri vəzifəsinə peşəkar və nəticəyönümlü namizəd axtarır.
Vəzifə öhdəlikləri
- HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
- Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq;
- Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi;
- Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək;
- Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili;
- Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək;
- Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək;
- Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək;
- Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək;
- Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək.
Namizədə tələblər
- Ali təhsil;
- HORECA, FMCG və ya satış sahəsində ən azı 5-10 il iş təcrübəsi;
- Satış komandasının idarə olunması üzrə təcrübə;
- HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Komanda idarəetməsi və liderlik bacarığı;
- Analitik düşüncə və hesabatlarla işləmə bacarığı;
- Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma;
- MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı;
- Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti;
İş şəraiti
- İş qrafiki: 6 günlük
- Əməkhaqqı: 3000-3500 Azn (bonus)
- İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyevküçəsi,döngə 9/21D
(e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış meneceri” yazmaqla müraciət edilir.
Əlavə məlumat
- Təcrübə: 5-10 il
- Təhsil: Bakalavr