Məzmuna keçin
CAMAL LTD yerləşdirilib

Supervayzer (Bölgə müdiri)

Maaş
1 200 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Satış nümayəndələrinin gündəlik fəaliyyətinə nəzarət etmək və işlərini təşkil etmək;

Təhkim olunmuş ərazilərdə satışın artırılması və satış planlarının yerinə yetirilməsini təmin etmək;

Müştəri bazasının genişləndirilməsi və yeni satış nöqtələrinin cəlb edilməsi istiqamətində işlər görmək;

Satış nöqtələrinə mütəmadi səfərlər etmək, məhsulların satışına, yerləşdirilməsinə və mövcudluğuna nəzarət etmək;

Müştərilərlə münasibətləri inkişaf etdirmək və kommersiya danışıqları aparmaq;

Satış göstəricilərini təhlil etmək, satışın artırılması üçün təkliflər vermək;

Satış nümayəndələrinin fəaliyyətini qiymətləndirmək və iş nəticələrinə dair hesabatlar hazırlamaq;

Rəhbərliyə gündəlik, həftəlik və aylıq hesabatlar təqdim etmək.

İş şəraiti:

İş qrafiki: 1-6 günlər.

Əmək haqqı: 1200 Azn + Bonus

İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D

Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.

Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını Supervayzer (Bölgə müdiri) yazmaqla müraciət edilir.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili
  • Satış sahəsində minimum 5 il iş təcrübəsi
  • Satış və müştəri münasibətlərinin idarə olunması üzrə biliklər
  • Komanda idarəetmə və təşkilatçılıq bacarığı
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı
  • Ezamiyyətlərə və ərazi üzrə səfərlərə hazır olmaq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →