Məzmuna keçin
Mazarina Trade Company yerləşdirilib

Mühasib

Şəhər
Bakı

Vakansiya haqqında

Mazarina Trade Company MMC olaraq yeni iş imkanı "Mühasib" vakansiyamızı elan edirik✨

Əsas vəzifə və öhdəliklər:

Elektron qaimə-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;

Aylıq əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, mükafat, avans və son haqq-hesab ödənişlərinin hesablanması;

Vergi, DSMF ( Vahid bəyannamə) və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

Əmək haqqı üzrə mühasibatlıq müxabirləşmələrinin verilməsi və bank köçürmələrinin/kartlarının idarə olunması;

New-E-taxes.gov.az,E-gov.az sistemlərində əməliyyatları icra etmək;

Mühasibatlıq əməliyyatlarının Logo Tiger proqram təminatı vasitəsilə qeydiyyata alınması;

Şirkətlərarası debitor və kreditorlarla üzləşmələrin aparılması;

Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirilməsi.

Vakansiya üzrə tələb olunan texniki və yumuşaq bacarıqlar:

İşgüzar və məsuliyyətli olmalı ,problemləri həll etmə bacarığı;

Ofis proqramlarından sərbəst şəkildə istifadə etmə bacarığı;

Peşəkar Mühasib Sertifikatının və müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür;

Dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi.

İş şəraiti:

5 günlük iş həftəsi;

İş saatları 09:00 – 18:00;

Bazar rəqabətinə uyğun əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →