Məzmuna keçin
CREA yerləşdirilib

Mühasib köməkçisi

Maaş
650 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Crea Business Solutions & Consulting

Restoran, otel ve mağaza idarəetmə proqramları, pərakəndə, topdan satış və istehsalat ERP (Qurumsal Qaynaq Planlama) sistemlerinin tətbiqi və konsaltinq xidmətləri göstərən firmamız gənc və pozitiv komandaya yeni üzvləri dəvət edir.

İş vaxtı:

Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Şənbə günü: saat 9:00-dan 13:00-dək

Nahar vaxtı saat 13:00-dan 14:00-dək

Öhdəliklər

Mühasibatlıq sahəsində ilkin biliklər,

E-taxes.gov.az, əmas.sosial.gov.az, isb.az və digər portallardan istifadə etmək bacarığı,

Bank ödəniş tapşırıqlarının hazırlanması və köçürmələrin icrası

MS Office, xüsusilə Excel bilikləri,

Sənədlərin sistemli şəkildə dosyalanması və arxivləşdirilməsi,

Müqavilələrin, aktların, hesab-fakturaların və digər rəsmi sənədlərin hazırlanması,

Elektron qaimələrin, elektron hesab-fakturaların hazırlanması və göndərilməsi

Gündəlik ödənişlərin icrası, bank və kassa əməliyyatlarının aparılması

Daxil olan elektron məktubların, e-maillərin izlənməsi və cavablandırılması

Ofisdaxili inzibati və təşkilati işlərin icrası

İşçilərə əmək haqqı kartlarının sifarişinin həyata keçirilməsi, əmək haqqlarının, son haqq-hesab və digər hesablamaların hesablanması və ödənilməsi,

Əmək məzuniyyəti, xəstəlik müavinəti və analıq məzuniyyəti üzrə müavinətlərin hesablanması və ödənilməsi,

İş və xidmətlərin yerinə yetirilməsi üzrə təhvil-təslim aktlarının, üzləşmə aktlarının hazırlanması,

Ofisdaxili inzibati və təşkilati işlərin icrası,

Tələblər

  • Cinsi: bəy
  • İş təcrübəsi 1 ildən 3 ilə qədər
  • Ali və ya tam orta ixtisas təhsili (mühasibatlıq, maliyyə, iqtisadiyyat)
  • Mühasibatlıq sahəsində ilkin biliklər
  • Microsoft Word, Excel komputer proqramlarında və mühasibatlıq proqramlarında orta səviyyədə işləmə bacarığı
  • Fəallığı və komandada işləmə bacarığı
  • Məsuliyyətli olmalı, səbrli davranmalı və işinə qarşı ciddi yanaşmalı
  • Müəssisənin kommersiya sirlərini qoruyub saxlamalı
  • Müəssisədaxili nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməli
  • İş prosesində Müəssisə rəhbərliyinin tapşırıqlarını vaxtında və lazımi qaydada yetirməli

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →