Məzmuna keçin
En Pro Sol yerləşdirilib

HDPE qaynaq ustası və boruçu

Maaş
1 600 AZN
Şəhər
Zəngilan
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

İş yeri: Zəngilan şəhəri

Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi

Vakansiya sayı: 1 nəfər

Əməkhaqqı: 1 600 AZN NET

Vəzifə öhdəlikləri

Müxtəlif diametrli HDPE (polietilen) boruların qaynaq edilməsi.

Alın-alına (butt fusion) və elektrofuziya (EF) qaynaq üsullarının tətbiqi.

HDPE boruların kəsilməsi, təmizlənməsi və qaynağa hazırlanması.

Boru xətlərinin layihə çertyojlarına uyğun quraşdırılması.

Flansların, fitinqlərin, siyirtmələrin və digər boru elementlərinin montajı.

Qaynaq parametrlərinə, temperatur və təzyiq rejimlərinə nəzarət.

Boru xətlərinin sızdırmazlıq və təzyiq sınaqlarına hazırlanması.

HDPE qaynaq işləri ilə yanaşı, ümumi boru montajı, mexaniki montaj və digər sahə işlərində iştirak.

Tələblər

  • HDPE boru qaynağı üzrə praktiki iş təcrübəsi
  • Alın-alına və elektrofuziya qaynaq aparatları ilə işləmək bacarığı
  • Boru xətlərinin montajı və fitinqlərin quraşdırılması üzrə biliklər
  • Texniki çertyojların və boru sxemlərinin oxunması
  • Qaynaq avadanlıqlarının təhlükəsiz istifadəsi
  • Komanda ilə işləmək və köməkçi işçilərə istiqamət vermək bacarığı
  • Digər tikinti-montaj işlərində iştirak etməyə hazırlıq
  • Şirkət tərəfindən təmin edilir
  • Rəsmi əmək müqaviləsi
  • Tikinti düşərgəsində yaşayış
  • Gündə 3 dəfə qidalanma
  • İş geyimi və fərdi mühafizə vasitələri
  • Qaynaq aparatları və digər iş avadanlıqları
  • Namizədlərdən işlədikləri HDPE boru diametrləri, qaynaq üsulları və əvvəlki layihələr barədə məlumat təqdim etmələri xahiş olunur

Oxşar elanlar

Bütün Zəngilan vakansiyaları →