Məzmuna keçin
En Pro Sol yerləşdirilib

Metal qaynaq ustası

Maaş
1 800 AZN
Şəhər
Zəngilan
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

İş yeri: Zəngilan şəhəri

Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi

Vakansiya sayı: 1 nəfər

Əməkhaqqı: 1 800 AZN NET

Vəzifə öhdəlikləri

Metal konstruksiyaların, dayaqların, karkasların və digər metal elementlərin hazırlanması və qaynağı.

Metal boruların və birləşmə elementlərinin qaynaq edilməsi.

Layihə çertyojlarına uyğun metal konstruksiyaların ölçülməsi, kəsilməsi və yığılması.

Qaynaq avadanlıqlarının sazlanması və düzgün istifadəsi.

Qaynaq tikişlərinin keyfiyyətinin yoxlanılması və qüsurların aradan qaldırılması.

Qaynaq işləri ilə yanaşı, metal konstruksiyaların montajında, boru və digər ümumi tikinti-montaj işlərində iştirak.

Tələblər

  • Qaynaq sahəsində minimum 2 il praktiki iş təcrübəsi
  • Elektrik qaynağı (MMA) üzrə bilik və bacarıqlar
  • Metal kəsmə, ölçmə və yığma bacarıqları
  • Texniki çertyojları oxumaq bacarığı
  • Qaynaq təhlükəsizliyi qaydalarına riayət etmək
  • Digər sahə işlərində komandaya kömək etməyə hazırlıq
  • Şirkət tərəfindən təmin edilir
  • Rəsmi əmək müqaviləsi
  • Tikinti düşərgəsində yaşayış
  • Gündə 3 dəfə qidalanma
  • İş geyimi və fərdi mühafizə vasitələri
  • Qaynaq avadanlıqları və iş alətləri
  • Namizədlərdən əvvəlki qaynaq təcrübələri və istifadə etdikləri qaynaq üsulları barədə məlumat vermələri xahiş olunur

Üstünlük hesab olunur

  • MIG/MAG və TIG qaynaq üsullarını bilmək üstünlükdür

Oxşar elanlar

Bütün Zəngilan vakansiyaları →