Vakansiya haqqında
İş şəraiti
İş yeri: Zəngilan şəhəri
Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi
Vakansiya sayı: 11 nəfər
Əməkhaqqı: 1 000 AZN NET
Vəzifə öhdəlikləri
Mexaniki montaj işləri:
Nasos və digər mexaniki avadanlıqların montajında ustalara kömək etmək.
Flans, armatur və mexaniki birləşmələrin quraşdırılmasına yardım etmək.
Boru və HDPE montaj işləri:
Boruların daşınması, yerləşdirilməsi və montaja hazırlanması.
HDPE və digər boru xətlərinin çəkilməsində ustalara kömək etmək.
Metal konstruksiya və qaynaq işləri:
Metal konstruksiyaların hazırlanması və yığılmasında iştirak.
Qaynaq ustasına materialların hazırlanması və yerləşdirilməsində kömək etmək.
Elektrik-montaj işləri:
Kabel lotoklarının və dayaqlarının quraşdırılmasına kömək etmək.
Elektrik kabellərinin çəkilməsi və yerləşdirilməsində iştirak.
Kabel kanallarının və qoruyucu boruların montajı.
Elektrik avadanlıqlarının daşınması və montaja hazırlanması.
Elektrik ustasının nəzarəti altında təhlükəsiz yardımçı işlərin görülməsi.
Ümumi tikinti işləri:
Tikinti materiallarının boşaldılması, daşınması və yerləşdirilməsi.
İş sahəsinin hazırlanması və təmizlənməsi.
Sadə montaj, ölçmə və bərkitmə işləri.
Layihənin gündəlik ehtiyaclarına uyğun digər yardımçı işlərin yerinə yetirilməsi.
Tələblər
- Əl və elektrik alətlərindən təhlükəsiz istifadə bacarığı
- Fiziki işə hazırlıq
- Mexaniki, boru, metal və elektrik-montaj işlərində kömək etməyə hazır olmaq
- Yeni işləri öyrənmək istəyi
- Komanda ilə işləmək, intizamlı və məsuliyyətli olmaq
- Zəngilanda tikinti düşərgəsi şəraitində işləməyə hazırlıq
- Xüsusi tələb: Namizəd yalnız bir iş istiqamətində deyil, layihənin ehtiyacına uyğun olaraq müxtəlif tikinti və montaj işlərində iştirak etməyə hazır olmalıdır
- Xüsusi ixtisas və icazə tələb edən işlər yalnız səlahiyyətli mütəxəssislər tərəfindən görülür
- Şirkət tərəfindən təmin edilir
- Rəsmi əmək müqaviləsi
- Tikinti düşərgəsində yaşayış
- Gündə 3 dəfə qidalanma
- İş geyimi və fərdi mühafizə vasitələri
- İş üçün tələb olunan alət və avadanlıqlar
Üstünlük hesab olunur
- Tikinti və ya montaj sahəsində iş təcrübəsi üstünlükdür
Oxşar elanlar
- HDPE qaynaq ustası və boruçuEn Pro Sol · Dünən
- Metal qaynaq ustasıEn Pro Sol · Dünən
- Baytar Texniki"Dost Agropark" MMC · 21 oktyabr 2026
- Tikinti meneceri (Zəngilan)Modern Engineering Bureau of Azerbaijan · 3 noyabr 2026
- Elektrik - ÇilingərKartaş LTD (Mr.Fix) · Dünən
- Elektrik-elektronika ustasıAQROINTER LTD · Dünən