Qonaq xidmətləri üzrə Nümayəndə / Bellboy

21 Sentyabr 2026
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Qonaqları otaqlarına qədər müşaiyət etmək, onların baqajını otaqlarına qədər aparmaq, onlara aid məktubları və yaxud otel daxilində ehtiyac olduqları digər məmulatları çatdırmaq;
  • Əsas girişin təmiz və səliqəli qalmasını təmin etmək, şüşədən olan yerlərdə ləklərin olmamasına, əsas qapılara diqqət yetirmək, tullantıların boşaldılması zamanı diqqətli olmaq;
  • Zəng Xidmətləri Şöbəsi tərəfindən daxil olan bütün ismarıcları toplamaq və qeydiyyat kitabında yazmaq;
  • Qonaqlar üçün bütün icra olunan xidmətlərin düzgün qeyd edilməsini və müvafiq istiqamətdə icrasını təmin etmək;
  • Qonaqlara baqajla bağlı kömək etmək üçün Lobidə olmaq, təyin edildiyi şəkildə qonaqlara köməklik göstərmək və bütün baqajın qonaq otaqlarından standart vaxt çərçivəsində yığılmasını təmin etmək;
  • Qaydalara uyğun otaqların dəyişdirilməsinə köməklik etmək;
  • Uzunmüddətli saxlanacaq baqajın düzgün şəkildə saxlanmasını və təhvil verilməsini təmin etmək;
  • Oteldəki bütün təlimatlar və yeniliklər barədə xəbərdar olmaq və qonaqlara lazimi sahədə istiqamət vermək;
  • Departamentin qarşıya qoyulmuş məqsədlərə nail olması və irəliləməsi üçün Ön Ofis idarəetmə işlərində dəstək olmaq;
  • Vəzifəsinə daha yaxşı yiyələnmək və inkişaf etmək üçün təlimdə əldə edilmiş bilik və təcrübədən istifadə etmək və ohdəliklərini yerinə yetirərkən dəqiq olmaq;
  • Gündəlik işləri icra etmək və birbaşa rəhbərə hesabat vermək;
  • Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;

Tələblər

  • Orta və ya Ali təhsil
  • Müvafiq vəzifə üzrə minimum təcrübə
  • Səlis Azərbaycan dili, İngilis dili, Rus dili orta
  • Son dərəcə məsuliyyətli olmaq
  • Sürücülük vəsiqəsi arzuolunandır
  • Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmaq

Maraqlanan namizədlər öz CV-lərini aze.careers@fairmont.com elektron poçt ünvanına göndərə bilərlər.