Məzmuna keçin
Fresh Catering yerləşdirilib

Baş mühasib

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

İş yeri: Bakı şəhəri, Ağ şəhər

İş qrafiki: 5 günlük iş rejimi

Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun

Vəzifə öhdəlikləri:

Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması

Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət

Mühasibat (maliyyə) hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi

Əsas vəsaitlər, maddi-əmtəə ehtiyatları və pul vəsaitlərinin hərəkətinin uçotuna nəzarət

Vergi hesabatlarının (ƏDV, ÖMV, mənfəət vergisi, əmlak vergisi və s.) hazırlanması və təqdim edilməsi

Bank əməliyyatlarının və maliyyə hesablaşmalarının operativ uçotunun təşkili

Müqavilələr üzrə ödənişlərin vaxtında icrasına nəzarət

Şirkətin maliyyə vəziyyəti, pul axını və debitor borcları üzrə hesabatların hazırlanması

Xəzinə, bank əməliyyatları, əsas vəsaitlər və öhdəliklərin uçotunun aparılması

Aylıq əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması) və əmək haqqlarını ödəmək;

Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

DSMF-yə ödənişlərin düzgün hesablanması və nəzarəti

Tələblər

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat)
  • İş təcrübəsi minimum 10 il
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri – mükəmməl
  • Kompüter bacarıqları: MS Office (xüsusilə Excel yüksək səviyyədə)
  • Vergi, Əmək və digər qanunvericilik üzrə biliklər
  • Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
  • İdarəetmə və təşkilatı bacarıqlar
  • Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →