Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək;
Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq;
Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək;
Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək;
Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək;
Sayım və inventarizasiya proseslərində iştirak etmək;
Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
İş yeri – Xırdalan şəhəri,anbar;
Əməkhaqqı - 650-750 Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Anbar işçisi ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Fiziki işləri yerinə yetirmək bacarığı
- Komandada işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq
- Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq
Oxşar elanlar
- Anbardar – Xırdalan şəhəriGFC MMC · 2 gün əvvəl
- Sürücü (Refrijerator, Yük avtomobili) – Xırdalan şəhəriGFC MMC · 3 gün əvvəl
- Anbardar köməkçisiMinor Business Group · 3 gün əvvəl
- Anbar Nəzarətçisi – Xırdalan şəhəriGFC MMC · 3 gün əvvəl
- Logistika koordinatoru166 Yükdaşıma və Logistika · 5 gün əvvəl
- SürücüMazarina Trade Company · 5 gün əvvəl