Məzmuna keçin
GFC MMC yerləşdirilib

Anbardar – Xırdalan şəhəri

Şəhər
Xırdalan
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

Anbara daxil olan məhsulların qəbulunun, qeydiyyatının və düzgün saxlanılmasının təmin edilməsi;

Məhsullar qəbul edilərkən təsdiqedici sənədlərə əsasən faktiki miqdarın və çeşid uyğunluğunun yoxlanılması;

Məhsulların qablaşdırılma vəziyyətinin yoxlanılması və müvafiq sənədləşmənin aparılması;

Qəbul zamanı məhsulların son istifadə tarixlərinə və yararlılıq müddətlərinə nəzarət edilməsi;

Məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinin və saxlanılmasının təşkil edilməsi;

Məhsulların FIFO/FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə və dövriyyəsinə nəzarət edilməsi;

Anbarda temperatur, sanitar-gigiyenik və saxlanma tələblərinə riayət olunmasının təmin edilməsi;

Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;

Restoran filiallarından daxil olan təsdiqlənmiş sifarişlər əsasında məhsulların düzgün və vaxtında komplektləşdirilməsinin, yığılmasının, qablaşdırılmasının və filiallara göndərilməsinin təşkil edilməsi, həmçinin anbardan məhsul çıxışının müvafiq sənədlər əsasında rəsmiləşdirilməsi;

Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarının qeydiyyatının aparılması;

Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının düzgün aparılması;

Yükləmə-boşaltma işlərinin və materialların anbar daxilində düzgün yerləşdirilməsinin təşkil edilməsi;

Anbar sahəsindən səmərəli istifadəyə və məhsulların düzgün yerləşdirilməsinə nəzarət edilməsi;

Anbar qalıqlarına nəzarət edilməsi, çatışmazlıqlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi və müvafiq hesabatların təqdim edilməsi;

İnventarizasiyalarda iştirak edilməsi və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunun yoxlanılması;

Məhsulların zədələnməsi, xarab olması və ya yararlılıq müddətinin bitməsi hallarının vaxtında müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması;

Anbarın səmərəliliyinin artırılmasına və restoran filiallarının sifarişlərinin operativ icrasına yönəlmiş işlərdə iştirak edilməsi;

Anbarın daim səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasının təmin edilməsi.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

6 günlük iş rejimi;

Anbar – Xırdalan şəhəri;

Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Anbardar ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi
  • Qida sahəsində minimum 1 il iş təcrübəsinin olması
  • Anbar uçotu, materialların qəbulu və təhvil verilməsi üzrə praktiki biliklərin olması
  • Komandada işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli və operativ olmaq
  • Vaxtın effektiv idarə edilməsi bacarığı
  • Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yaxşı səviyyədə bilik
  • 1 C 8.3 proqramında işləmək bacarığı

Oxşar elanlar

Bütün Xırdalan vakansiyaları →