Vakansiya haqqında
"GL" ASC (Sizin Lombard) Şəki şəhərində yerləşən filialı üzrə Filial Meneceri vakansiyası elan edir!
Əsas vəzifə öhdəlikləri:
Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofislə səmərəli əməkdaşlıq etmək.
İş şəraiti və təkliflər:
İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00–18:00
Əməkhaqqı: Razılaşma yolu ilə
Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus qazanmaq imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri.
Qeyd: Filialın kateqoriyası yüksəldikcə əməkhaqqı da mütənasib şəkildə artır.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Filial Meneceri (Şəki)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.
Əlaqə:
Ünvan: Şəki şəhəri, filial ünvanı
Telefon : (+994 50) 248 10 00
Vebsayt : www.sizinlombard.az
Tələblər
- Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
- Ali təhsil
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı
- Fərdi və komanda ilə işləmək bacarığı
- Təşəbbüskarlıq və yüksək məsuliyyətlilik
Oxşar elanlar
- Kredit mütəxəssisi - Şəki şəhəriMerkuri BOKT · Dünən
- Tovuz, Şəki və Bərdə filialları üzrə Lombard kreditləri Aparıcı/Baş mütəxəssisRabitəbank · 5 noyabr 2026
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Aparıcı mühasibAZ Logistika and Management Services · Dünən
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl