Vakansiya haqqında
Şəki şəhərində Baş Kredit Mütəxəssisi vakansiyası!
Satış bacarıqlarınıza güvənirsiniz? Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü tərəfinizdir? O zaman komandamıza qoşulun!
Şirkətimizin Şəki şəhərində yerləşən filialı üçün aktiv satış, müştəri əlaqələrinin idarə edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
Aktiv satış fəaliyyətinin həyata keçirilməsi, yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə davamlı əlaqələrin qurulması;
Müştəri müraciətlərinin qəbulu, maliyyə imkanlarının təhlili və kreditlərin rəsmiləşdirilməsi;
Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin hazırlanması;
Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və müraciətlərin operativ araşdırılması;
Kreditləşmə prosesinə aid sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət.
Tələblər
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Ali və ya natamam ali təhsil
- Güclü ünsiyyət və təqdimetmə bacarığı
- Yüksək satış qabiliyyəti və müştəriyönümlü yanaşma
- Fərdi və komanda şəklində işləmək bacarığı
- Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı
- Sizi nə gözləyir?
- Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi!
Üstünlük hesab olunur
- Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard sahəsində iş təcrübəsi üstünlükdür
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl
- Mühasib operator (LOGO proqramı üzrə)Alumin MMC · 3 gün əvvəl
- HR üzrə mütəxəssisAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu · 3 gün əvvəl