Guven Technology LLC yerləşdirilib
İT üzrə mütəxəssis (Helpdesk) - Şamaxı şəhəri
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.
- İT ilə bağlı sorğuların qəbulu və həlli;
- Kompüter, printer, skaner, telefon və digər avadanlıqlarla bağlı problemlərin aradan qaldırılması;
- Proqram təminatı və əməliyyat sistemlərinin sazlanması və yenilənməsi;
- Ofis proqramları və digər tətbiqlər üzrə istifadəçilərə dəstək göstərmək;
- Yeni istifadəçilər üçün kompüter və digər İT avadanlıqların hazırlanması;
- Şəbəkə bağlantıları və internet problemlərinin həlli;
- İT infrastrukturu üzrə kiçik texniki problemlərin həlli və eskalasiya edilməsi;
- Daxil olan müraciətlərin Helpdesk sistemi vasitəsilə qeydiyyata alınması və izlənməsi;
- İstifadəçilərlə effektiv ünsiyyət qurmaq və problemləri izah etmək;
- Müraciətlərin həlli müddətinin və keyfiyyətinin izlənməsi;
- Korporativ İT təhlükəsizlik qaydalarına əməl edilməsi və istifadəçilərə məlumat verilməsi;
- Məlumatların ehtiyat nüsxələrinin yoxlanılması və bərpasına dəstək.
Tələblər
- Ali təhsil (informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə)
- İT dəstək və ya oxşar vəzifədə 1-2 il iş təcrübəsi
- Windows və MacOS əməliyyat sistemləri üzrə biliklər
- Microsoft Office proqramları və digər ofis tətbiqləri ilə işləmək bacarığı
- Şəbəkə və internet problemlərinin həlli üzrə biliklər (TCP/IP, LAN, WAN və s.)
- Daxili sistemlər və avadanlıqlar üzrə texniki biliklər
- Problemləri həll etmə bacarığı və analitik düşüncə
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Müştəriyönümlü yanaşma
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · Dünən
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · Dünən
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · Dünən
- Project HSE CoordinatorIRES · Dünən
- Data idarəetməsi üzrə mütəxəssis /aparıcı mütəxəssisTuranBank ASC · Dünən
- Shift Leader – Petroleum LaboratoryIRES · Dünən