Məzmuna keçin
Guven Technology LLC yerləşdirilib

Maliyyə Planlaşdırması və Təhlili üzrə aparıcı/baş mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.

Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və konsolidasiyasını həyata keçirmək;

İllik büdcənin hazırlanması və dövri maliyyə proqnozlarının yenilənməsi prosesində iştirak etmək;

Şöbələr, layihələr və xidmət istiqamətləri üzrə xərclərin bölüşdürülməsi hesablamalarını aparmaq;

Layihə və xidmət istiqamətləri üzrə mənfəətlilik təhlillərini hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;

Maliyyə hesabatlarının hazırlanması prosesinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;

Daxili və xarici audit prosesləri üçün maliyyə məlumatlarının və sənədlərinin hazırlanmasını təmin etmək;

Rəhbərliyin maliyyə təhlili və hesabatlarla bağlı sorğularını vaxtında icra etmək;

Komanda üzvlərinə metodoloji dəstək göstərmək və bilik mübadiləsində iştirak etmək.

Tələblər

  • Təcrübə: Maliyyə planlaşdırması və təhlili, maliyyə analitikası və ya mühasibatlıq sahəsində minimum 3-5 il iş təcrübəsi
  • Təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst
  • İngilis dili – yaxşı
  • Maliyyə planlaşdırması, büdcələşdirmə, proqnozlaşdırma və MHBS (IFRS) üzrə bilik və praktiki təcrübə
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək
  • Güclü analitik düşünmə, problem həll etmə, detallara diqqət və effektiv ünsiyyət bacarıqları

Üstünlük hesab olunur

  • Rus dili – üstünlükdür
  • ERP sistemləri və BI alətləri (Power BI və s.) ilə iş təcrübəsi üstünlükdür
  • ACCA, CPA, CFA, CIMA, FMVA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil alan və ya sertifikata sahib namizədlərə üstünlük verilir

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →