Büdcə və planlama - şöbə müdiri
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Vəzifə öhdəlikləri:
İdarənin strateji hədəflərinə, illik fəaliyyət planına və inkişaf istiqamətlərinə uyğun olaraq gəlir və xərclər smetasının (konsolidə edilmiş büdcə layihəsinin) tərtib olunması prosesini təşkil etmək;
Dövlət büdcəsindən ayrılan təxsisatların, məqsədli subsidiyaların lazımi iqtisadi təsnifat kodları üzrə əsaslandırılmış smetalarını hazırlamaq, Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumları ilə razılaşdırmaq;
Qoruq ərazisindən əldə olunan xüsusi daxilolmaların proqnozlaşdırılmasını həyata keçirmək;
İdarənin mərkəzi aparatının, müəssisələrinin və struktur bölmələrinin illik büdcə sorğularını toplamaq, təhlil etmək və xərclərin iqtisadi əsaslandırılmasını yoxlayaraq yekun büdcə layihəsini formalaşdırmaq;
Təsdiq olunmuş büdcə göstəricilərini rüblük və aylıq bölgülər üzrə tərtib etmək və daxili maliyyə sistemlərində əks etdirmək;
Dövlət subsidiyalarının təyinatı üzrə, səmərəli və qanunvericiliyə tam uyğun xərclənməsinə gündəlik daxili nəzarəti təmin etmək;
Xüsusi daxilolmalardan daxil olan vəsaitlərin formalaşması dinamikasını izləmək və xərclənməsinin təsdiq olunmuş daxili smetaya uyğunluğunu tənzimləmək;
Aylıq, rüblük və illik dövrlər üzrə büdcə icrası hesabatlarını hazırlamaq, faktiki xərclərlə planlaşdırılmış smeta göstəriciləri arasında kənaraçıxmaları təhlil etmək;
Subsidiya və xüsusi daxilolma fondları üzrə xərclərin optimallaşdırılması, ehtiyatların aşkar edilməsi və maliyyə intizamının gücləndirilməsi istiqamətində analitik arayışlar hazırlamaq;
Dövlət xəzinədarlığı (subsidiyalar üzrə) və kommersiya bank hesabları (xüsusi gəlirlər üzrə) daxilolmalarını nəzərə almaqla qısamüddətli və uzunmüddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (Cash Flow Forecasting) hazırlamaq;
Məhsul və xidmət satışından gələn real daxilolmalarla İdarənin öhdəlikləri arasında maliyyə balansını və likvidliyi qorumaq;
Gəlirlərin azalması və ya subsidiyaların yenidən bölüşdürülməsi risklərinə qarşı alternasiyalı maliyyə modelləri və ssenari təhlilləri qurmaq.
Tələblər
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya analoji sahələr üzrə ali təhsil
- Təcrübə: Minimum 5 il iş təcrübəsi
- Proqram bilikləri: 1C (8
- 3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı
- Dil bilikləri: Azərbaycan dili
- Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək)
- Yüksək problem həll etmə ( problem-solving ) və operativ qərarvermə bacarığı
- Güclü komanda ruhu
- Stressə davamlılıq, yüksək nizam-intizam
Üstünlük hesab olunur
- Sertifikat: Beynəlxalq sertifikatların olması üstünlükdür
- İngilis və Rus dili bilikləri arzuolunandır
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Metodologiya şöbəsinin analitikiİcbari Sığorta Bürosu · Bu gün
- Həyat Sığortası satışları üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl