Məzmuna keçin
International BOKT yerləşdirilib

Qrup rəhbəri (satış üzrə)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

BOKT “NTERNATIONAL” ASC Qrup rəhbəri (satış üzrə) vəzifəsinə işçi qəbulu elan edir

Bölgələr: Şimal, Cənub, Aran, Qarabağ və Qərb

Vəzifə öhdəlikləri:

Kredit mütəxəssislərindən ibarət qrupun fəaliyyətini təşkil və koordinasiya etmək;

Qrup üzrə satış planlarının icrasını təmin etmək və nəticələrə nəzarət etmək;

Kredit müraciətlərinin ilkin təhlilini aparmaq və kredit prosesinə nəzarət etmək;

Kredit portfelinin keyfiyyətini izləmək və problemli kreditlərin idarə olunmasını təşkil etmək;

Yeni müştərilərin cəlb olunmasını və mövcud müştəri bazasının inkişafını təmin etmək;

Qrup üzvlərinin iş fəaliyyətini qiymətləndirmək, onların peşəkar inkişafını və motivasiyasını dəstəkləmək;

Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;

Fəaliyyət üzrə hesabatları hazırlamaq və filial rəhbərliyinə təqdim etmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, idarəetmə və ya digər uyğun ixtisas üzrə ali təhsil
  • Bank və ya bank olmayan kredit təşkilatında minimum 2 il iş təcrübəsi
  • Kredit məhsulları və kredit risklərinin idarə olunması sahəsində biliklər
  • Satış və komanda idarəetməsi bacarıqları
  • Analitik düşünmə, liderlik, məsuliyyətlilik və qərarvermə qabiliyyəti
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
  • MS Office proqramlarında işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →