İşin təsviri

Vəzifə öhdəlikləri

  • Gəncə, Şirvan, Şəki, Quba, Göyçay və Biləsuvar bölgələrində yerləşən müəssisələrdə gündüz və gecə növbələri üzrə təhlükəsizlik yoxlamalarının aparılması;
  • Müəssisələrdə təhlükəsizlik qaydalarına və müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarət edilməsi;
  • Təhlükəsizlik avadanlıqlarının mütəmadi yoxlanılması, nasazlıqların müəyyən edilməsi və təmir işlərinin vaxtında həyata keçirilməsinin izlənilməsi;
  • Yoxlamalar zamanı aşkar olunan çatışmazlıqlar və təhlükəsizlik riskləri barədə şöbə rəhbərinə məlumat verilməsi və onların aradan qaldırılmasının izlənilməsi;
  • Şöbənin gündəlik fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə zərurət yarandıqda şöbə müdirinə cari işlər üzrə dəstək göstərilməsi.

Tələblər

  • Təhlükəsizlik qaydaları və prosedurları barədə ümumi bilik;
  • Təhlükəsizlik avadanlıqlarının iş prinsipi və texniki vəziyyəti haqqında anlayış;
  • Təhlükəsizlik risklərini və mümkün pozuntuları vaxtında müəyyən etmək bacarığı;
  • Diqqətli, məsuliyyətli və operativ işləmək;
  • Komandada işləmək və rəhbərliklə düzgün kommunikasiya qurmaq bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Gecə və gündüz növbələri üzrə işləməyə hazır olmaq;
  • Bölgələrə mütəmadi səfər etməyə imkanının olması.