İşin təsviri
- Beynəlxalq reytinqlərdə Akademiyanın iştirakının və reytinq prosesləri üzrə işlərin koordinasiyasını təmin etmək (QS, THE, ARWU və digər)
- Reytinq təşkilatlarının metodologiyalarını və qiymətləndirmə meyarlarını təhlil etmək, nəticələrə uyğun təkmilləşdirmə tədbirləri hazırlamaq
- Reytinq göstəriciləri üzrə məlumatların struktur bölmələrdən toplanmasını, yoxlanılmasını, sistemləşdirilməsini və vaxtında təqdim edilməsini təmin etmək
- Akademiyanın performans göstəricilərinin (KPI) monitorinqini və təhlilini aparmaq
- Reytinq nəticələrini təhlil etmək, rəhbərlik üçün analitik məlumat və hesabatlar hazırlamaq
- Reytinq mövqelərinin yaxşılaşdırılması istiqamətində fəaliyyət planlarının hazırlanmasında iştirak etmək və icrasını koordinasiya etmək
- Beynəlxalq reytinq platformalarında Akademiyanın profil və məlumatlarının aktuallığını və düzgünlüyünü təmin etmək
- Müvafiq struktur bölmələrlə effektiv əməkdaşlıq və məlumat mübadiləsini təmin etmək
- Vəzifə üzrə sənədlərin, məlumatların və hesabatların düzgün, vaxtında və məxfilik tələblərinə uyğun hazırlanmasına cavabdeh olmaq
Tələblər
- Ali təhsil (Menecment, iqtisadiyyat, statistika, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə)
- Dil biliyi: Azərbaycan – əla, ingilis dili – əla, rus – orta
- QS, THE, ARWU və digər beynəlxalq universitet reytinqlərinin metodologiyalarını və əsas qiymətləndirmə meyarlarını bilmək
- Ali təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərini və performans indikatorlarını (KPI) bilmək
- Məlumatların toplanması, sistemləşdirilməsi, təhlili və müqayisəli qiymətləndirilməsi üsullarını bilmək
- Analitik hesabatların və təqdimatların hazırlanması qaydalarını bilmək
- Beynəlxalq reytinq platformaları və məlumat bazaları ilə iş prinsiplərini bilmək
- Ali təhsil sahəsində müvafiq normativ-hüquqi tələbləri bilmək
- Məlumatların məxfiliyinin və informasiya təhlükəsizliyinin əsas prinsiplərini bilmək
- MS Office proqramlarını, xüsusilə Excel, Word və PowerPoint proqramlarında işləmək bacarığı