İşin təsviri
- Təhsil müəssisəsinin Keyfiyyətin Təminatı sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi
- Proqram məqsədlərinə çatmaq üçün təhsil strategiyası, vəzifələrini və metodologiyalarının araşdırılması və müəyyənləşdirilməsi
- Real dərslərdə iştirak və inkişaf istiqamətdində rəylər hazırlayıb rəhbərliyə təqdim edilməsi
- Təlim və digər maarifləndirici tədbirlər barədə metodologiyaların hazırlanması
- Daxili auditlərin/monitorinqlərin/inspeksiyaların keçirilməsi (Keyfiyyətin Təminatı Sistemi üzrə)
- Auditlər/monitorinqlər/inspeksiyalar nəticəsində aşkar edilmiş çatışmamazlıqların hesabatı, sistemləşdirilməsi və onların aradan qaldırılmasının izlənilməsi
- Mövcud yerli və beynəlxalq qanunvericilik və standartlar əsasında pedaqoji heyətin qiymətləndirilməsi meyarlarının tərtib edilməsi, bu qiymətləndirmələrin həyata keçirilməsi
- Fəaliyyət istiqamətinə uyğun xüsusi forma və hesabatların hazırlanması
- Fakültə, dekanlıq, inzibati struktur bölmələrindən daxil olmuş Keyfiyyətin Təminatı Sistemi üzrə sorğuların cavablandırılması
- Daxili prosedur və təlimatların yazılmasında tövsiyələrin verlməsi
- Mövcud prosedur və təlimatlara zərurət olduğu təqdirdə düzəlişlərin edilməsi
- Fakültə, dekanlıq, inzibati struktur bölmələri ilə görüşlərin keçirilməsi və Keyfiyyət Sisteminin inkişaf etdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi
- Görülən işlər barədə rəhbərliyə hesabatların verilməsi
- Fəaliyyət istiqamətinə və tapşırıqlara uyğun olaraq müxtəlif vəzifələrin yerinə yetirilməsi
Tələblər
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznes, sosial elmlər və ya oxşar sahələr)
- Təhsil və elm sahəsinə aid Azərbaycan Respublikasının qanunvericiliyi haqqında biliklər
- ESG standartları üzrə biliklər
- Keyfiyyətin Təminatı Sisteminin idarəedilməsi və formalaşdırılması prinsipləri və alətləri haqqında biliklər
- Təhsildə keyfiyyət təminatı üzrə iş təcrübəsi və ya müvafiq mövzularda təlimlərdə iştirak
- Analitik düşüncə
- Obyektivliyin qorunması və etik prinsiplərə sadiqlik
- Effektiv ünsiyyət və əməkdaşlıq bacarığı