İşin təsviri
- Tələbələrin təhsil nailiyyətləri, akademik fəaliyyət, tədrisin nəticələri, akkreditasiya göstəriciləri və digər akademik proseslərə dair məlumatların toplanmasına dəstək
- Toplanmış məlumatların emalı və təhlili
- Məlumat bazalarının yaradılması və mütəmadi olaraq yenilənməsi
- Verilənlərin strukturlaşdırılması və təmizlənməsi (data cleaning)
- Tədrisin keyfiyyəti və təhsil proseslərinin effektivliyinə dair statistik və analitik təhlillərin aparılması
- Trendlərin, çatışmazlıqların və imkanların aşkarlanması üçün data modellərinin qurulması
- Rəhbərliyə və digər şöbələrə dəqiq və əsaslandırılmış analitik hesabatların təqdim olunması və qərarvermə prosesinə dəstək
- Analitik nəticələrin qrafiklər, dashboard-lar və digər vizual vasitələrlə nümayiş etdirilməsi
- MAA-nın strateji məqsədlərinə uyğun keyfiyyət indikatorlarının izlənməsi və təhlili
- Daxili və beynəlxalq akkreditasiya və reytinq meyarlarına uyğun göstəricilərin analizi
- Məlumatlardan çıxarılan nəticələrə əsasən keyfiyyətin artırılması üçün təkliflərin hazırlanması
- Digər şöbələrlə məlumat mübadiləsi və analitik dəstəyin göstərilməsi
- MAA-da hesabatlılığın avtomatlaşdırılması ilə əlaqədar təkliflərin verilməsi
- Şöbənin fəaliyyət planlarının hazırlanmasında və qiymətləndirilməsində iştirak
Tələblər
- Ali təhsil (informasiya texnologiyaları, kompüter elmləri, iqtisadiyyat, idarəetmə, tətbiqi riyaziyyat, təhsil və ya digər uyğun ixtisaslar üzrə)
- Məlumatların vizuallaşdırılması alətləri ilə işləmək bacarığı
- Verilənlər bazasının idarəetmə sistemlərində məlumatların emalı və manipulyasiyası bacarığı
- Təhsil prosesləri, təhsil analitikası və göstəricilərinin təhlili üzrə bilik
- Təhsildə keyfiyyət təminatı prinsipləri və yanaşmaları üzrə bilik
- Analitik düşünmə, problemlərin həlli və qərarvermə bacarığı
- Diqqətlilik, dəqiqlik və nəticəyönümlülük
- Təşəbbüskarlıq, öyrənməyə həvəs və yeniliklərə açıqlıq
- Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı