İşin təsviri
- Erasmus+, Horizon Europe və digər beynəlxalq və yerli qrant proqramları üzrə imkanların araşdırılması və monitorinqini həyata keçirmək
- Qrant proqramlarının tələblərinin, prioritet istiqamətlərinin və müraciət şərtlərinin təhlilini aparmaq
- Qrant və layihə müraciətlərinin hazırlanmasını, əlaqələndirilməsini və vaxtında təqdim edilməsini təmin etmək
- Layihə təkliflərinin (proposalların) hazırlanmasında və müvafiq sənədləşmənin aparılmasında iştirak etmək
- Layihələrin icrasını, fəaliyyət planlarının və müəyyən edilmiş müddətlərin yerinə yetirilməsini koordinasiya və monitorinq etmək
- Layihə büdcələrinin hazırlanmasında iştirak etmək və büdcə icrasını izləmək
- Layihə hesabatlarının donor tələblərinə uyğun hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək
- Donor təşkilatlar, layihə tərəfdaşları və Akademiyanın aidiyyəti struktur bölmələri ilə işgüzar əlaqələrin və məlumat mübadiləsinin təşkilini təmin etmək
- Layihələrin icrası ilə bağlı sənədlərin, məlumatların və hesabatların sistemləşdirilməsini və düzgün saxlanılmasını təmin etmək
- Qrant və layihələrin icrası üzrə mövcud riskləri və problemləri müəyyənləşdirmək, onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq
- Layihələrin nəticələrinin, göstəricilərinin və donor qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsini izləmək
- Qrant və layihə fəaliyyəti üzrə rəhbərliyə analitik məlumat, arayış və hesabatlar təqdim etmək
Tələblər
- Ali təhsil (Menecment, iqtisadiyyat, statistika, beynəlxalq münasibətlər və ya əlaqəli sahə üzrə)
- Dil biliyi: Azərbaycan – əla, ingilis dili – əla, rus – orta
- Erasmus+, Horizon Europe və digər beynəlxalq qrant və maliyyələşdirmə proqramlarında işləmək bacarığı
- Dünya Bankı, Avropa İttifaqı, Erasmus+, Horizon Europe, UNDP və digər donor təşkilatların qrant imkanları və əsas tələblərini bilmək
- Qrant müsabiqələrinin və layihə çağırışlarının təhlili və qiymətləndirilməsi prinsiplərini bilmək
- Layihə təkliflərinin hazırlanması və təqdim edilməsi qaydalarını, layihələrin planlaşdırılması, idarə olunması, monitorinqi və qiymətləndirilməsi prinsiplərini bilmək
- Layihə büdcələrinin hazırlanması və maliyyə vəsaitlərinin idarə olunması prinsiplərini, layihə tərəfdaşları və donor təşkilatlarla işgüzar yazışma və kommunikasiya qaydalarını bilmək
- Donor təşkilatların hesabatlılıq və sənədləşmə tələblərini bilmək
- Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarını bilmək
- MS Office proqramlarını, xüsusilə Word, Excel, PowerPoint və Outlook proqramlarınında işləmək bacarığı