Vakansiya haqqında
İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə).
İş saatları: 09:00-dan–18:00-dək.
İstirahət günləri: Şənbə və Bazar.
İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.
Müxtəlif fəaliyyət sahələrində mühasibat və vergi uçotu üzrə praktiki təcrübə qazanmaq və peşəkar inkişaf imkanı.
Öhdəliklər
lkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və müvafiq qaydada uçota alınması.
Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan e-qaimələrin yoxlanılması.
Bank və kassa əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının uçota işlənilməsi.
Əmək haqqı, məzuniyyət və son haqq-hesab hesablamalarının aparılmasında iştirak etmək.
Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatlarının hazırlanmasında mühasibə dəstək göstərmək.
Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması və gündəlik mühasibat əməliyyatlarının icrası.
Tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil
- Mühasibatlıq sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi
- MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotunun əsasları üzrə biliklər
- E-taxes, e-qaimə, ƏMAS və digər elektron dövlət portalları ilə işləmək bacarığı
- 1C proqramı üzrə biliklər, diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Metodologiya şöbəsinin analitikiİcbari Sığorta Bürosu · Bu gün
- Həyat Sığortası satışları üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl