İşin təsviri
- Təmir-tikinti işlərinin gedişatına nəzarət etmək məqsədilə tikinti sahələrinə mütəmadi səfərlər həyata keçirmək, görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq və nəticələr üzrə yazılı rəy hazırlamaq.
- Smeta sənədləri ilə Forma 2 hesabatlarını müqayisə etmək, görülmüş işlərin həcmini və dəyərini yoxlamaq, aşkar edilmiş fərqləri təhlil etmək.
- İcra olunmuş təmir-tikinti işlərini yerində yoxlamaq və inşaat mühəndislərindən təhvil almaq, müəyyən edilmiş uyğunsuzluqlar üzrə qüsur aktlarını tərtib etmək.
- Təmir-tikinti işləri zamanı aşkar edilən texniki uyğunsuzluqlar və çatışmazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, onların aradan qaldırılması prosesini izləmək.
- Təmir-tikinti proseslərinin gedişatı, görülmüş işlərin nəticələri və aşkar edilmiş uyğunsuzluqlar üzrə mütəmadi hesabatlar hazırlamaq və Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisə təqdim etmək.
- Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisin tapşırıqlarını müəyyən edilmiş müddətlərdə və müvafiq texniki tələblərə uyğun şəkildə yerinə yetirmək.
Tələblər
- İnşaat mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
- Təmir-tikinti işləri və tikinti proseslərinə nəzarət sahəsində iş təcrübəsi;
- Smeta sənədləri və Forma 2 hesabatları ilə işləmək bacarığı;
- Tikinti norma və qaydaları, texniki standartlar və layihə sənədləri üzrə biliklər;
- Görülmüş işlərin həcmini və keyfiyyətini qiymətləndirmək, texniki uyğunsuzluqları müəyyən etmək bacarığı;
- Microsoft Excel və digər ofis proqramları ilə işləmək bacarığı;
- Texniki sənədlərin hazırlanması, hesabatların tərtib edilməsi və yazılı rəy verilməsi bacarığı;
- Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı;
- Tikinti sahələrinə mütəmadi səfərlər etmək imkanı.