İşin təsviri
- Şirkətə məxsus mağazalar üzrə texniki sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi
- Elektrik, soyutma (fridge/freezer), HVAC və digər avadanlıqların planlı texniki baxış və təmir proseslərinin təşkili
- Nasazlıqların operativ aradan qaldırılması üçün texniki komandaların koordinasiyası
- Elektrikləri, santexnikləri, tikinti və başqa ustaları yönləndirmək və işlərini təhvil almaq
- Regionlar üzrə texniki xidmət işlərinin mərkəzləşdirilmiş şəkildə idarə olunması
- Texniki heyətin iş bölgüsünün aparılması, performansının izlənməsi və inkişafının təmin edilməsi
- Ehtiyat hissələri, materiallar və servis xərclərinin effektiv idarə olunması və optimallaşdırılması
- Podratçılar və servis şirkətləri ilə əməkdaşlığın təşkili və nəzarəti
- Mağazaların renovasiyası və rebrendinq layihələri üzrə texniki işlərin planlaşdırılması və icrasına nəzarət
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik standartlarına riayət olunmasının təmin edilməsi
- Texniki KPI-ların izlənməsi və proseslərin optimallaşdırılması
Tələblər
- Ali texniki təhsil (elektrik mühəndisliyi, memarlıq, mexanika və ya əlaqəli sahə) arzu olunandır
- Retail və ya geniş şəbəkəli obyektlərdə minimum 1 il iş təcrübəsi
- Soyutma sistemləri, elektrik avadanlıqları və təmir prosessləri üzrə praktiki biliklər
- Rəhbərlik və çoxsaylı komandalarla işləmə təcrübəsi
- Analitik düşüncə və problem həll etmə bacarığı
- MS Office və hesabatlıq alətləri ilə işləmə bacarığı
- Azərbaycan dili səlis, rus dili biliyi üstünlükdür
- Şəxsi avtomobilin olması (yanacaq və amortizasiya qarşılanacaq)
- Ezamiyyətə getməyə hazır olması