İşin təsviri
Təsvir
- Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
- Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
- Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
- Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
- Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
- Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
- Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında texniki dəstək vermək və inkişaf etdirmək;
- Tender prosesində şirkətlərdən gələn təklifləri texniki baxımdan dəyərləndirmək və qiymətləndirmək;
- Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
- Mexaniki cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- Layihənin yekununda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
- Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
- Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
- Mexanika üzrə texniki hesabatları yerinə yetirmək;
- İsitmə, soyutma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri, avtomatik yanğın söndürmə sistemləri (mexanik sistemlər) barəsində nəzarəti həyata keçirmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.
Tələblər
- Ali təhsil: Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı;
- Kompüter bacarıqları: MS Office, Autocad.