Vakansiya haqqında
Təsvir
Satış dəstəyi komandasının fəaliyyətinə nəzarət etmək və müştəri xidmətinin yüksək standartlarını təmin etmək;
Müştəri sifarişlərinin vaxtında və effektiv icrası üçün İnventar və Logistika strukturları ilə koordinasiyanı təmin etmək;
Mürəkkəb müştəri müraciətlərinin həllini təşkil etmək və komanda üzvlərinə metodoloji dəstək göstərmək;
Satış dəstəyi proseslərinin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün təkmilləşdirmə tədbirləri həyata keçirmək;
Komandanın fəaliyyətini qiymətləndirmək, əməkdaşların peşəkar inkişafını və təlimini təşkil etmək;
Müştəri məlumat bazasının CRM və digər müvafiq sistemlərdə düzgün aparılmasını və yenilənməsini təmin etmək;
Satış göstəriciləri üzrə hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;
Satış strukturu ilə digər struktur bölmələri arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;
Satış strukturunda tətbiq olunan proseslərin fasiləsiz və effektiv fəaliyyətinə nəzarət etmək;
Mağazaların maddi vəsait ehtiyaclarını müəyyənləşdirmək, təminat prosesini əlaqələndirmək və nəzarətdə saxlamaq;
Marketinq kampaniyalarının effektivliyini artırmaq məqsədilə müştəri məlumatları və rəyləri ilə dəstək göstərmək;
Satış dəstəyi fəaliyyətlərinin daxili prosedurlara və şirkət siyasətlərinə uyğunluğunu təmin etmək.
İş qrafiki: 5 günlük. saat 09:00-18:00
Tələblər
- Biznes, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil
- Pərakəndə satış, müştəri xidməti və ya satış dəstəyi sahəsində minimum 4 il iş təcrübəsi
- İdarəetmə sahəsində təcrübə
- CRM alətləri və POS sistemləri üzrə qabaqcıl biliklər
- Satış göstəricilərinin təhlili və analitik nəticələrin formalaşdırılması bacarığı
- Pərakəndə satış bazarının tendensiyaları və istehlakçı davranışları üzrə biliklər
- Əməkdaşların təlimi, inkişafı və mentorluğu üzrə təcrübə
- Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı
- Dəyişən prioritetlərə uyğunlaşma və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı
- Vakansiya növü - Tam ştat
Oxşar elanlar
- Satış üzrə MütəxəssisKaraca · Dünən
- Çağrı Mərkəzi OperatoruNooshCard MMC · 2 gün əvvəl
- SatıcıNatural Meat · 2 gün əvvəl
- Satış nümayəndəsi (Soyuq satış)Nurgün Motors · 2 gün əvvəl
- Korporativ satış üzrə mütəxəssisAteshgah Sigorta · 2 gün əvvəl
- Optik məsləhətçiNovo Pharm · 2 gün əvvəl