Vakansiya haqqında
- Maliyyə dəyərləndirilməsinin aparılması və rəhbərliyə təqdim olunması;
- Baş Podratçı tərəfindən təqdim olunmuş layihə qiymətlərinin təhlili;
- Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
- Layihənin tələblərinə uyğun olaraq, tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması;
- Baş Podratçının təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili;
- Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;
- Baş Podratçı tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması;
- Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması.
- Layihələrin maliyyə axınlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
- Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
- Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması.
Tələblər
- İnşaat mühəndisi ixtisas üzrə bakalavr dərəcəsi;
- Oxşar vəzifədə azı 5 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta;
- Kompüter bilikləri – MS Office proqramları, AutoCAD;
- Detallara qarşı diqqətcil olmaq;
- Komanda ilə işləmək bacarığı.
Əlavə məlumat
- Təcrübə: 4-5 il
- Təhsil: Bakalavr
Oxşar elanlar
- Sahə MemarıPASHA Real Estate Group · Bu gün
- Smeta üzrə aparıcı mühəndisAvant Construction · 5 gün əvvəl
- Geodeziya MühəndisiGMC Consulting · 5 gün əvvəl
- Tikinti rəhbəriPMD Projects MMC · 5 gün əvvəl
- Təmirə Hazırlıq üzrə OperatorBahar Energy Operating Company · 6 gün əvvəl
- Daxili nəzarət üzrə baş mühəndis (tikinti layihələri üzrə)PMD Group MMC · 6 gün əvvəl