Vakansiya haqqında
Əsas vəzifə və öhdəlikləri:
Mühasibat və mal-material uçotunun qüvvədə olan qanunvericiliyin tələblərinə və şirkətin daxili prosedurlarına uyğun aparılmasını təmin etmək;
Mal-material ehtiyatlarının (MME) və hazır məhsulların anbara mədaxil və məxaric əməliyyatlarını müvafiq sənədlər əsasında 1C proqramında düzgün və vaxtında işləmək;
Alış, mal-material, anbar və digər aidiyyəti maliyyə əməliyyatlarını 1C proqramına daxil etmək və sənədlərin düzgünlüyünə nəzarət etmək;
Anbarlar üzrə silinmə, daxili yerdəyişmə və digər hərəkət sənədlərini yoxlamaq və sistemdə əks etdirmək;
Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər ilkin mühasibat sənədlərini yoxlamaq, onların uçot sistemində düzgün əks etdirilməsini təmin etmək;
Anbarlarda dövri, aylıq və illik inventarizasiya proseslərində iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
İnventarizasiya nəticəsində müəyyən edilmiş əskiklik və artıqlıqları təhlil etmək, səbəblərini araşdırmaq və nəticələri rəhbərliyə təqdim etmək;
Mal-material ehtiyatlarının və hazır məhsulların maya dəyərinin (FIFO/Average) düzgün hesablanmasına nəzarət etmək;
Anbarlar üzrə mal-material qalıqlarını mütəmadi yoxlamaq, uçot məlumatları ilə faktiki göstəricilər arasında uyğunsuzluqları müəyyən etmək;
Mal-material və anbar əməliyyatları üzrə debitor və kreditor hesablaşmalarının düzgün aparılmasına nəzarət etmək;
Əsas vəsaitlərin və digər maddi aktivlərin uçotunda iştirak etmək, zəruri hallarda amortizasiya hesablamalarının düzgünlüyünü yoxlamaq;
Mühasibat və anbar sənədlərinin düzgün tərtib edilməsini, sistemləşdirilməsini və uçotda vaxtında əks etdirilməsini təmin etmək;
Rəhbərlik və Baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil
- Mühasibat və mal-material/anbar uçotu sahəsində müvafiq iş təcrübəsi
- Mühasibat hesablaşmaları, mal-material və anbar uçotu üzrə yüksək səviyyədə bilik
- Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik üzrə biliklər
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı
- MS Excel proqramında sərbəst işləmək bacarığı
- FIFO və orta maya dəyəri (Average) metodları üzrə praktiki bilik
- İnventarizasiya, anbar qalıqlarının üzləşdirilməsi və müəyyən edilmiş fərqlərin araşdırılması üzrə bilik və təcrübə
- İstehsalat proseslərinin təşkili, istehsal mərhələləri, xammal və materialların istehsala silinməsi, hazır məhsulun formalaşması və istehsal uçotu prinsipləri üzrə anlayış və biliklərə malik olmaq
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı
- Fikrini aydın ifadə etmək, analitik düşünmək və komanda ilə işləmək bacarığı
- Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq
Üstünlük hesab olunur
- Rus və ingilis dili bilikləri arzuolunandır
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Metodologiya şöbəsinin analitikiİcbari Sığorta Bürosu · Bu gün
- Həyat Sığortası satışları üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl