Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis
- Şəhər
- Bakı
Vakansiya haqqında
“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir.
İşin təsviri:
Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir;
Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir;
Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
Əməliyyat, bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәt edir;
Ssenariləri təhlil edir, Stress-test modellərini hazırlayır, tətbiq edir və nəticələrini analiz edir;
Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir;
Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icra edir və insidentlər üzrə müvafiq hesabatları hazırlayır;
Əməliyyat risklərinə aparan müvafiq bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirir..
Tələblər
- Maliyyə, iqtisad sahəsində ali təhsil
- Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi
- Əla səviyyədə MS Excel biliyi
- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi
- Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək
- Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı
Üstünlük hesab olunur
- Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Metodologiya şöbəsinin analitikiİcbari Sığorta Bürosu · Bu gün
- Həyat Sığortası satışları üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl