İşin təsviri
- Anbara daxil və anbardan xaric olan mal-materialın, təkərlərin, mator yağlarının, sürtkü yağlarının, eləcə də pambıq becərməsində lazım olan zəhərli dərmanların boşaldılması və ya yüklənməsini təmin etmək;
- Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişi əsasında anbara daxil olan mal-materialların sayılmasında, onların qeyd etdiyi stellajlara yığılmasın, təhlükəsizliyini, səliqəli yığılmasını və digər işlərin görülməsi;
- Baş anbardarın və anbardarların yazdığı göndəriş sənədlərinə əsasən, yükqaldırıcı platformadan istifadə edərək malların stellajlardan təhlükəsiz şəkildə yığılması və göndəriş sənədlərinə əsasən, eyni qaydada malların stellajlardan götürülməsi;
- Sifarişçilərə mal material göndərişi zamanı malların yuxarıda qeyd edilən kimi təhlükəsizlik qaydalarına əməl edərək anbar maşınlarına yüklənməsində və malların yüklənmə vaxtı sayılmasında iştirak etmək;
- Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişi əsasında öz iş yerlərini təmiz və səliqəli saxlamalı, ehtiyac olarsa, mərkəzi anbarın digər ərazilərin təmizlənməsində iştirak etmək;
- Yüklərin avtoyükləyici ilə təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsini icra etmək;
- Avtoyükləyicini təhlükəsiz və səmərəli idarə etmək;
- İşin düzgün planlaşdırılması və verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
Tələblər
Təhsili : Orta təhsil, Kollec təhsili və yüksək təhsil arzu olunandır.
İş təcrübəsi : 1 il
Dil bilikləri : Azərbaycan dili səlis, Digər dil bilikləri üstünlükdür.
Texniki biliklər :
Müvafiq təlimatları bilmək
Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarına dair biliklər.
Yükləmə və boşaltma qaydaları
Əl alətləri və avadanlıqlardan istifadə
Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları
Materialların düzgün daşınması və yerləşdirilməsi
Sadə anbar və istehsalat əməliyyatları
Texniki tapşırıqları başa düşmək və icra etmək bacarığı
Komputer bilikləri : MS Office
Səriştə və bacarıqlar :
Hadisələri təhlil etmək bacarığı,
Təşkilatı bacarıqlar,
Analitik düşünmə bacarıqları,
Əməkdaşlar ilə ünsiyyət bacarığı,
Problemləri vaxtında aşkar etmək və səmərəli həll yolları təklif etmək.
Effektiv kommunikasiya və əməkdaşlıq bacarıqları, mübahisələrin idarə olunması.