Vakansiya haqqında
Xidmətə başlamadan öncəəvvəlki növbədəki əməkdaşdan Obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almalı, baş vermiş hadisələr barədə məlumat almalıdır;
Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa-sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında özünün birbaşa tabe olduğu rəhbərə xəbər verir və Cəmiyyətdən aidiyyatı rəhbər personellər gələnə qədər izin qorunmasını təmin etmək;
Daxili iş qaydalarına uyğun olaraq müəssisə, idarə, təşkilatın girəcəyində xidmətdə olduğu zaman işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə və təşkilatın ərazisinə lazımi sənədlər təqdim etdikdən sonra buraxılmasına və çıxışına nəzarət etmək;
Obyektə gətirilən və ya çıxarılan qiymətli materialların qeydiyyatını aparmalı;
Obyekt əmlakının qorunmasını təşkil etməli, obyektə kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır;
Hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı surətdə məlumatlandırmaq
Tələblər
- Qeyri-Dövlət (Özəl) Mühafizə Faaliyyəti haqqında Azərbaycan Respublikası Qanununu bilməli
- Mühafizə etdiyi obyekt və postların təhvil-təslim prosesini bilməli
- Personalla aidiyatı olan bütün Şirkətin, Cəmiyyətin Təlimat, Əsasnamə, Daxili İş Qaydalarını bilməli
- Obyektlərin qorunma təlimatlarını və qaydasını, qorunan obyektlərin sərhədlərini bilməli
- Ünsiyyət və Geyim qaydalarına riayət etməli
Üstünlük hesab olunur
- Word və Excel bilikləri arzu olunandır
Oxşar elanlar
- Gözətçi(Sabirabad)Prime Cotton · 30 oktyabr 2026
- Müştəri Xidmətləri üzrə Kiçik mütəxəssis/mütəxəssis (Sabirabad filialı)Access Bank · 4 gün əvvəl
- Anbardar (Sabirabad Regional İFT ofisi)Prime Cotton · 3 noyabr 2026
- Satış məsləhətçisi (Sabirabad)Kontakt Home · 3 noyabr 2026
- Mühasib(Sabirabad)Prime Cotton · 30 oktyabr 2026
- Kredit mütəxəssisi (Sabirabad şəhəri)M Bulak BOKT MMC · 28 oktyabr 2026